Icma.az
close
up
RU
Çox sevdiyi adadakı aeroport onun adını daşıyacaq

Çox sevdiyi adadakı aeroport onun adını daşıyacaq

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın Panteleeriya adasında yerləşən aeroport məşhur dizayner Corco Armani-nin adını daşıyacaq. 

Ölkə.az xəbər verir ki, bu barədə "The Independent" yazıb.

Armani tez-tez yay tətilini Aralıq dənizində, Siciliya ilə Tunis arasında yerləşən bu adada keçirib. Dizaynerin burada ailəsi və dostları ilə istirahət etdiyi malikanəsi olub. O, yeddi ədəd "dammusi" adlanan, ağ vulkanik daşdan günbəz formalı damla tikilmiş ənənəvi kənd evlərindən ibarət mülkə sahib olub. Malikanə 150-dən çox palma ağacı ilə əhatələnir.

İtaliyanın mülki aviasiya qrupu ENAC yerli hakimiyyətin təklifini dəstəkləyib, həmçinin təşəbbüsə nəqliyyat naziri Matteo Salvini də razılıq verib. ENAC prezidenti Pyerluici Di Palma bildirib ki, ad dəyişikliyi hava limanının təkmilləşdirilməsi və turizmin inkişafı planlarına uyğundur. Adaya Roma və Siciliya hava limanlarından, o cümlədən Palermo vasitəsilə uçmaq mümkündür.

Qeyd edək ki, Armani bu ayın əvvəlində, 92 yaşında vəfat edib. O, qısa müddətli xəstəlikdən sonra öz evində dünyasını dəyişib. Dizayner son günlərinə qədər işləməyə davam edib, moda nümayişlərini uzaqdan idarə edib və detallara qarşı tələbkarlığını qoruyub.

Armaninin vəsiyyətinə əsasən, biznesin 40 faizi onun uzunmüddətli həmkarı və kişi geyimləri şöbəsinin rəhbəri Leo Del’Orkoya qalacaq. Qohumları Silvana Armani və Andrea Kamerana isə müvafiq olaraq 15 faizdən miras alacaqlar. 2016-cı ildə yaradılmış "Armani Fondu" isə qalan 30 faizi idarə edəcək.

Armaninin ölümündən bir həftə sonra məlum olub ki, moda evi satışa hazırlanır. Vəsiyyətə əsasən, irsi 15 faiz pay 18 ay ərzində satılmalı, daha sonra isə 3-5 il ərzində əlavə 30-54,9 faiz pay alıcıya ötürülməlidir. Alternativ variant kimi isə ilkin səhmlərin birjada yerləşdirilməsi (IPO) nəzərdə tutulub.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 Sentyabr 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri