Icma.az
close
up
RU
“Çox təhlükəli rəqibdir”

“Çox təhlükəli rəqibdir”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“İlk oyundakı nəticə bizim üstünlüyümüzü göstərir. Amma qətiyyən həmin oyunu düşünməli deyilik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”la oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Çalışdırıcı rəqibin təhlükəli olduğunu bildirib: “Hamımız bu oyunun önəmli olduğunu bilirik. Vacib oyundur. Amma həddindən artıq soyuqqanlı olmalıyıq. Çox yaxşı rəqibə qarşı oynayırıq. Buradakı oyunda məğlub olmamalıyıq. Çox təhlükəli rəqibdir, özünə xas oyun üslubu var. Hansı ki, bizim üçün meydanda düzgün yerləşməyə imkan vermirlər. Hər bir halda, rəqibin daha çox riskə gedəcəyini düşünürük. Buna hazır olmalıyıq. Oyuna baxdıq, bəzi detallarına toxunduq. Çalışacağıq ki, sabah oyundan qopmayaq, sona kimi soyuqqanlı davranraq, yaxşı nəticə üçün əlimizdən gələni edək”.

Qurban Qurbanov həmçinin jurnalistlərin suallarını cavablandırıb: 

- “Ferentsvaroş”un gücünü nəzərə alsaq, sabah “Qarabağ” daha nəticə üçün oynayacaqsız? 

-Bizim yaxşı nəticələrimiz həmişə öz oyun üslubumuza və qabiliyyətimizə görə olub. Bundan heç vaxt əl çəkməmişik. Nəticəni qorumaq üçün müdafiədən oynayacağıq düşüncəsi məndə də futbolçularda da yoxdur. Sadəcə sabah meydanda bizə lazım olanı etməyə çalışacağıq. Bacardığımızı etməyə çalışacağıq. Daha çox diqqət ayırdığımız baxımlı oynamaqdır. Topa sahib olmağa çalışacağıq. Belə düşüncəmiz yoxdur ki, qol buraxmamaq üçün sırf müdafiəyə qapanaq. Əksinə, biz ümumiyyətlə futbolu azarkeşlər və nəticə üçün oynayırıq. Vurulan qollar çox önəmlidir. Mənim daim tələbim odur ki, qol vuraq. Həm də qapımızı toxunulmaz saxlayaq. Çox oyunları necə oynamışıqsa, sabah da belə edəcəyik. Bizim hansı prboelm gözləyir, bunu öncədən deyə bilmərəm. Rəqibdən hansı sürpriz gözləyəcək, hansı basqını edəcək, onu sabah meydanda futbolçular hazır olmalıdılar. Rəqibin düşüncələrini həyata keçirməyə qoymamalıdırlar.

-Psixoloji tərəfdən oyunçuları oyuna hazırlaşmaq çətin oldu? 

-Ən vacib detallardan biridir. Səfərdəki oyundan sonra hamı sanki biz cütün qalibi kimi bizi görürlər. Bu da futbolçularda həyəcan yaradır. Onlar da buna hazır olmalıdır. Onlarla danışığım daha çox bu yöndədir, buna hazır olmalıdırlar. Bu rəqibə qarşı oyundan çıxsaq, oyundan kənar fikirlərə önəm versək, bizə çox mane olacaq. Ən birinci yerlərdə psixoloji hazırlıq durur. Bunu bacardığımızı düşünürəm. 

-8 il öncə “Kopenahgen”ə oyundan öncə inamlı və rahat idiz, yoxsa indi? 

-Ümumiyyətlə, məşqçilik karyerası elədir ki, rahatçılıq burada mümkün deyil. Amma inam çox önəmlidir. İnamım var. O vaxtı da var idi, indi də inamım var. Rahatlığım yoxdur.

-Nəriman Axundzadnənin durumu nə yerdədir?

-Deməzdim ki, Nəriman Axundzadnənin durumu tam yaxşıdır. Amma bu günümüz də var. Sabah axşama kimi də, hər şey qaydasında olacaq. 

-Hakim təyinatı bir qədər müzakirəyə səbəb olub. Bu müzakirərə, narahatlığa əsas var?

-Mən tərəfdən narahatlıq yoxdur. Çünki, bu cür hakimlərin Azərbaycana gəlməsi, burada hakimlik etməsi...Hansı ki, ÇL və AL-in finalında hakimlik edib. Bu cür vacib oyunda onun bura gəlməsi UEFA-nın hakimlər komitəsinin ciddiyətini göstərir. Oyunun mahiyyətini göstərir. İnanmıram ki, kimdəsə də narahatçılıq olmalıdır. Hakimlər indi elə sviyyəyə gəliblər ki, belə oyunlarda inanmıram hansısa düşüncələr, fikirlər olsun. Ona görə də, nə məndə, nə də sizlərdə fikirlə öz hazırlığımızı yayındırmağa ehtiyac yoxdur.

-Azarkeşlərə sözünüz var?

-Bizim azarkeşlər elə səviyyədədir ki, onlara ancaq təşəkkür etmək qalır. Onlar necə azarkeşlike tməyi bacarırlar. Hansı dəqiqələrdə, hansı anlarda komandanın yanında olmaq lazım gəldiyini də bilirlər. Futbolçu olduğumda da belə idi, indi də, onlara ancaq təşəkkür etmişəm. Hətta öz çempionat oyunlarımızda, azsaylı olanda da, onlara təşəkkürümü bildirmişəm. Onlar təşəkkürdən daha rtığına layiqdirlər.

“Ferentsvaroş” Stanislav Çerçesovun vaxtında güclü idi, yoxsa indi?

-Əvvəl də belə sual olmuşdu. Tam fərqli kollektivdir. Hər iki komandanın öz gücü, öz oyun fəlsəfəsi var. Bizim Çerçesovla xoş münasibətlərimiz var. Əvvəlki oyunda qarşılaşmışdıq. Onun zamanında heyət, futbolçular, komanda başqa mentailetdə idi. Robbi Kinin də komandanın baş məşqçisi komanda üçün əlavə motivasiaydır. İndi bəlkə komanda daha sürətli hücumlar edir, rəqibin qapısında daha tez olmaq istəyir. Çerçesovun vaxtında komanda fərqli sistemdə oynayırdı. Hər iki komanda bizim üçün asan deyil idi. Hansısa fikir bildirsəm ki, əvvəlk indi güclü idi, ya indiki qeyri-etik olardı. O vaxtı da qarşımzıda güclü komanda var idi, indi də. Bu klubun özəyi, tarixi var. Bu klubda hansı məşqçi də olsaydı, meydandan qalib kimi ayrılma qistəyirlər. Sabah qarşımızda istəkli, güclü komanda çıxacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 26 Avqust 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri