Icma.az
close
up
RU
“Çox yox, düzgün çalışsınlar…” 700 ü hədəfləyənlər

“Çox yox, düzgün çalışsınlar…” 700 ü hədəfləyənlər

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-u keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 20 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib. Onlardan 10-u qız, 10-u isə oğlandır. 

“Qafqazinfo” maksimum nəticə göstərmiş abituriyentlərin “Modern”ə verdikləri açıqlamanı təqdim edir:

300 bal toplayanlardan biri Naxçıvan məktəblisi Heydərov İbrahim Xəyal oğludur. O, Naxçıvan MR Şahbuz rayonu, Badamlı qəsəbə orta məktəbin şagirdidir.

Məktəbli ümumilikdə 700 bal toplamağı hədəflədiyini bildirib: “Bu nəticəyə nail olmaq üçün çox çalışmışdım. İstəyərdim ki, maliyyə, yaxud iqtisadiyyat ixtisası üzrə təhsil alım. Öz əməyimin bəhrəsini bu nəticə ilə gördüm. Blok imtahanına da ciddi hazırlaşaraq 700, yaxud 680-dən yüksək nəticə əldə etmək istəyirəm.

300 bal toplayanlardan biri Bağırova Aişə Faiq qızıdır. O, Bakı şəhəri, 89 saylı orta məktəbin XI sinif şagirdidir.

Aişə blok imtahanında da maksimum nəticəni hədəfləyib: “Bu balı gözləyirdim, müəllimlərimin və valideynlərimin dəstəyi nəticəsində nəticəni hədəfləyirdim. Abituriyentlərə məsləhətim ondan ibarətdir ki, əmək çəkən hər insan bunun qarşılığını görür, öz motivasiyalarını itirməsinlər. Məqsədim blok imtahanında da 400 bal toplayaraq rekord nəticə göstərməkdir. Bunun üçün də var gücümlə çalışıram. IV ixtisas qrupu üzrə tibb təhsili almaq istəyirəm”.

300 bal toplayanlardan biri Naxçıvan məktəblisi İsmayılova Səma Firəddin qızıdır. O, Naxçıvan şəhəri 11 saylı tam orta məktəbin şagirdidir.

Məktəbli bildirib ki, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaq istəyir: “Təhsilimi maliyyə, yaxud biznesin idarəedilməsi üzrə davam etdirmək istəyirəm. 700 bal toplamaq uğrunda çalışıram. Abituriyentlərə tövsiyə edirəm ki, çox yox, düzgün çalışsınlar. Bu şəkildə imtahana hazırlaşmaq daha asan olur”.

300 bal toplayanlardan biri də Rəhimova Xədicə Toğrul qızıdır. O, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon İlxıçı kənd tam orta məktəbinin XI sinif şagirdidir. Xədicə 9 mart tarixində keçirilmiş buraxılış imtahan nəticəsinə əsasən, maksimum nəticə göstərərək 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Aprel 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri