Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Azad rəqabətə əsaslanan tərəfdaşlıq

Azad rəqabətə əsaslanan tərəfdaşlıq

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət-özəl sektor əməkdaşlığı qeyri-neft sektorunun inkişafına töhfə verir

Dövlət vəsaitlərinin bir hissəsinin konkret layihələrin birbaşa maliyyələşdirilməsindən daha çox, özəl sektorun inkişafını stimullaşdıran güzəşt alətlərinə yönəldilməsi yanaşması davam etdiriləcək.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, hökumət son illərdə yürüdülən iqtisadi siyasət tədbirləri çərçivəsində qeyri-neft sektorunun inkişafını dəstəkləyən çoxsaylı güzəşt mexanizmləri yaradıb. Dövlət tərəfindən ayrılan vəsaitlərin bir hissəsi birbaşa ayrı-ayrı layihələrə deyil, bütövlükdə sektorların inkişafını təşviq edən güzəşt mexanizmlərinə yönəldilməsini əhatə etməkdədir. Bununla yanaşı, dövlət özü potensial investor kimi öz yatırımlarını davam etdirəcək. İnfrastruktur layihələri, dağ-mədən sənayesi və kənd təsərrüfatı da daxil olmaqla müxtəlif istiqamətlərə investisiyaların artırılması nəzərdə tutulur. Eyni zamanda, özəl sektorla birgə əməkdaşlıq çərçivəsində yeni müəyyən edilmiş hədəflərin maliyyə təminatı həll ediləcək. Bu, dayanıqlı inkişaf məqsədlərinə çatmaqda dövlət-özəl sektor vəhdətinin güclənməsi deməkdir.

Dövlət-özəl tərəfdaşlığına xüsusi önəm verilməsində məqsəd nədir?

Dövlətin ölkənin geniştutumlu infrastruktur və inkişaf layihələrində bütün işləri yerinə yetirməyə fiziki və texniki imkanları çatmır, eləcə də bir çox sahələrdə bazar iqtisadiyyatının tələbləri özəl sektorun bu işlərdə fəal rol oynamasını zəruri edir. Ona görə də dövlət özəl sektoru vahid prinsiplər müəyyən etməklə bir məqsəd ətrafında sıx əməkdaşlığa dəvət edir. Məqsəd infrastrukturların yaradılması və təmini, müxtəlif istehsal və xidmət sahələrinin qurulmasında və inkişafında özəl sektoru aparıcı tərəf kimi aktivləşdirməkdir.

2022-ci ilin dekabrında “Dövlət-özəl tərəfdaşlıq haqqında” qanun qəbul edilib və qanuna əsasən, dövlət-özəl tərəfdaşlığı dövlət xidmətlərinin göstərilməsi, zəruri infrastrukturların yaradılması və idarə?dilməsi, habelə müxətlif iqtisadi layihələrdə təmsilçilyin təmin edilməsi nəzərdə tutulub. Nazirlər Kabinetinin qərarına əsasən, ümumi dəyəri 30 milyon manatdan yuxarı olan layihələrin dövlət-özəl tərəfdaşlığı qaydasında həyata keçirilməsinə razılıq verilir. Bu məbləğ kifayət qədər böyük sərmayə deməkdir və infrastrukturların müasirləşdirilməsində özəl bölmənin daha fəal rol oynamasında maliyyə güvənliyi deməkdir. Ona görə də dövlət-özəl tərəfdaşlığı qanunun aliliyi, azad rəqabətin qorunması, şəffaflıq və səmərəliliyin artırılması, iddiaçıların hüquq bərabərliyi və tərəflər arasında maraq və risk balansının qorunması prinsipləri əsasında həyata keçirilməsi əsas şərt kimi ilk sırada dayanır.

“İnvestisiya fəaliyyəti haqqında” qanunun üstünlükləri

Hökumət özəl sektora bu fəaliyyət növlərinə daha çox cəlb etmək, stimullaşdırmaq məqsədilə bir sıra güzəşt və imtiyazları verməyi öhdəsinə götürüb. Belə ki, “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan bütün təşviq tədbirləri, vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, habelə digər qanunvericlikdə tətbiq edilmiş əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar özəl sektora da şamil edilir. Həmçinin, özəl tərəfdaşa hansısa layihənin icrası üçün tələb olunan maliyyə vəsaitlərinin verilməsi ilə yanaşı, onların texniki təminat və dövriyyə vəsaitləri təchizatında da dəstəkləyici funksiya yerinə yetirilir. Özəl şirkət istehsal və xidmət üçün tələb olunan material və avadanlıqlarla  təchiz edilir, ona subsidiya və ya kreditlər verilir, kapital qoyuluşuna imkan yaradılır, istehsal olunan məhsulun satışı üzrə müvəqqəti olaraq müstəsna hüquqlar verilir.

Qaydalara əsasən, dövlət-özəl tərəfdaşlığı layihəsi kreditorlar tərəfindən maliyyələşdirilə bilər və bu zaman tərəflər arasında kredit müqaviləsi bağlanacaq. Dövlət tərəfindən təmsil olunan şirkətin vəsaiti büdcə hesabına təmin olunacaq, tikinti başa çatdıqdan sonra kommersiya şərtləri ilə satışa çıxarılacaq mənzil və obyektlərdən əldə ediləcək gəlirlər hesabına özəl şirkət kreditora borcunu qaytaracaq.

Özəl sektorun sərmayələrin cəlbində məsuliyyəti artacaq

Ötən dövr ərzində dövlət-özəl tərəfdaşlıq modeli çərçivəsində indiyə qədər bir sıra layihələr hazırlanıb və icra edilib. MİDA-nın timsalında 2 il əvvəl pilot layihəyə start verilib və investorlar tərəfindən “tik-idarə et-təhvil ver” formatı (TİT modeli) əsasında gerçəkləşən layihə yaşayış tikintisini nəzərdə tutub. Bu layihələr sırasında içməli suyun istehsalı üçün dəniz suyunun duzsuzlaşdırılması hazırda ən aktual və xüsusi əhəmiyyət daşıyır. Təhsilin İnkişafı Fondu Ailə “Silk Vey Vest aviaşirkəti” MMC arasında imzalanmış müqaviləyə əsasən, dövlət-özəl əməkdaşlığı formatına uyğun olaraq ölkəmizin müxtəlif şəhər və rayonunda 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. Bu, təhsil sektorunda ilk layihə olsa da, qarşıdakı dövrdə digər özəl şirkətlərin bu prosesə cəlb olunmasında zəmin olacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdə də dövlət-özəl tərəfdaşlığı çərçivəsində bir sıra layihələrin icrası da nəzərdə tutulur. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bir sıra infrastrukturların yaradılmasında dövlət investisiya proqramlarının vəsaitləri ilə yanaşı, özəl bölmənin sərmayələrinin cəlb edilməsi və birgə maliyyə təşəbbüslərinin dəstəklənməsi ilə bağlı tədbirlər müəyyənləşib. Xüsusilə də “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, “yaşıl texnologiyalar”ın tətbiqi üzrə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi xüsusi yer tutur. Artıq azad ərazilərdə də özəl bölmənin ilk layihələrinin təməli qoyulub. Ağdam şəhərində özəl tikinti şirkəti “PMD Group” tərəfindən “Ağdam Rezidens” yaşayış kompleksinin inşasına start verilib. Özəl sektorun Ağdam şəhərində digər bir layihəsi “Park Hill” şirkəti tərəfindən yaradılan “Park Qarabağ” yaşayış kompleksidir. Bundan başqa, özəl sektor Suqovuşanda, Hadrutda inşaat işlərinə başlayıb. Xankəndidə özəl investisiya layihələrinin icrası üçün sahibkarların təklifləri nəzərdən keçirilir. Digər rayon və qəsəbələrdə də dövlətlə yanaşı, özəl şirkətlərin inşaat işlərinə cəlb edilməsi üçün təşəbbüslər davam etdirilir.

Dövlət və özəl şirkətlərin birgə əməkdaşlığı həm dövlətin prinsip və planlarının icrasında kömək edir və dövlətin investisiya gücünə əlavə güc qatır, həm də infrastruktur, tikinti, xidmət və digər sektorlarda insanların davamlı məşğulluğunun təmin olunmasına töhfə verir, iqtisadiyyatın qeyri-neft sektorunda ÜDM-in böyüməsinə imkan yaradır.

E.CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri