Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Çoxəsrlik dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı

Çoxəsrlik dövlətçilik tariximizdə yeni mərhələnin başlanğıcı

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

20 sentyabr Azərbaycan tarixində milli iradənin təntənəsini ifadə edən əlamətdar günlərdən biridir. Bu tarix həm də Qarabağın dörd şəhərinin – Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin taleyində yeni mərhələnin başlanğıcı kimi yadda qalıb.Azərbaycanın ərazilərinin uzun illər işğal altında qalması ölkənin həyatında dərin izlər buraxmışdı. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə də bu işğalın ağır nəticələrinə məruz qalan yaşayış məntəqələri sırasında idi. Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsinin bərpa olunması Qarabağın gələcəyi üçün yeni mərhələ yaratdı. Lakin bölgədə qanunsuz silahlı birləşmələrin mövcudluğu və separatçı rejimin fəaliyyəti Azərbaycanın suverenliyinin tam təmin olunmasına imkan vermirdi.

Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Beləliklə, Qarabağda uzun illər davam edən işğala, separatizmə və qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 20-i ölkəmizdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Elə buna görə də 20 sentyabr həm də Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Dövlət başçısının müvafiq Sərəncamında 2023-cü il sentyabrın 20-də ölkənin bütün ərazilərində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi vurğulanır.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Bu mühüm hadisə xüsusi rəmzi məna daşıyır. Çünki Qarabağda üçrəngli bayrağın dalğalandırılması ölkənin ərazi bütövlüyünün və suverenliyinin təsdiqi olmaqla yanaşı, xalqımızın uzun illər davam edən arzusunun reallaşması demək idi. Dövlətimizin başçısı çıxışında qeyd edib: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində qazanılan şanlı Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Paradda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti, hərbi texnikası və silah sistemləri nümayiş etdirilib. Bu möhtəşəm tədbir Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının, xalqımızın tarixi Qələbəsinin və dövlətimizin hərbi qüdrətinin nümayişi kimi böyük əhəmiyyət daşıyır.
Postmüharibə dövründə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Böyük Qayıdış konsepsiyası uğurla həyata keçirilir. Bu prosesdə əsas məqsəd yalnız dağıdılmış evlərin və binaların yenidən tikilməsi yanaşı, insanların bütün zəruri sosial xidmətlərə çıxışının təmin edildiyi, müasir nəqliyyat və kommunikasiya infrastrukturu ilə əhatə olunan, iqtisadi fəallığın və məşğulluğun təmin edildiyi yeni yaşayış məkanlarının yaradılmasıdır. Bu baxımdan Qarabağda tətbiq olunan şəhərsalma yanaşması mühüm əhəmiyyət daşıyır. Müasir şəhərsalma modelləri, rəqəmsal texnologiyalar, enerji səmərəliliyi, yaşıl məkanların yaradılması və sosial infrastrukturun kompleks şəkildə qurulması azad edilmiş ərazilərin gələcək simasını müəyyənləşdirir.
Böyük Qayıdışın mahiyyəti insanların doğma evlərinə köçürülməsi ilə yekunlaşmır. Əsl qayıdış insanların burada yaşaması, işləməsi, təhsil alması, biznes qurması və gələcəyini doğma torpaqlarla bağlaması ilə tamamlanır. Bu baxımdan Xankəndidə universitetin fəaliyyətə başlaması, Xocalıda yaşayışın bərpası, Xocavənddə kəndlərə ailələrin köçürülməsi, Ağdərədə inzibati və sosial infrastrukturun formalaşdırılması vahid məqsədə – Qarabağda dayanıqlı həyatın təmin edilməsinə xidmət edir.
Artıq Qarabağın şəhər və kəndlərində məktəblərin, bağçaların, tibb müəssisələrinin, yolların, enerji və kommunikasiya xətlərinin yaradılması ilə yanaşı, iqtisadi fəaliyyət üçün də imkanlar genişləndirilir. Qarabağ həm də gələcəyə hesablanmış yeni inkişaf məkanı kimi qurulur.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq yeni tarixi mərhələyə qədəm qoyub. 20 sentyabr məhz bu baxımdan həm şanlı Zəfərin, dövlət suverenliyinin, həm də Böyük Qayıdışın və Qarabağda yeni həyatın təntənəsidir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Sentyabr 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri