Çoxları bilmir: Pensiyaçılar bu vergilərdən azadır
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vergi qanunvericiliyinə əsasən müəyyən kateqoriyadan olan şəxslər üçün əmlak vergisi ilə bağlı güzəşt tətbiq olunur.
Milli.Az xəbər verir ki, qüvvədə olan qaydalara görə, binaların icarəyə və ya kirayəyə verilməsi, həmçinin sahibkarlıq və ya kommersiya məqsədilə istifadə edilməsi halları istisna olmaqla, bəzi şəxslərin ödəməli olduqları əmlak vergisinin məbləği azaldılır.
Güzəşt Vergi Məcəlləsi ilə müəyyən edilir və bu çərçivədə Vergi Məcəlləsinin 4.15.2-ci maddəsi və Vergi Məcəlləsinin 102.2-ci maddəsi nəzərə alınır.
Qeyd edək ki, bu güzəşt pensiyaçılara, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, həmçinin onların ailə üzvlərinə şamil edilir. Həmin şəxslər üçün binalara görə hesablanan əmlak vergisi 30 manat məbləğində azaldılır. Güzəşt yalnız qeyd olunan şərtlər daxilində tətbiq olunur və əmlak kommersiya məqsədilə istifadə edildiyi halda bu imkandan yararlanmaq mümkün deyil.
Aysel
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:236
Bu xəbər 04 May 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















