“Çoxmənzilli binalarda maliyyə nəzarəti gücləndirilməlidir“ EKSPERT DANIŞDI
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Çoxmənzilli yaşayış binalarının idarə olunması sahəsində problemlər yalnız texniki təhlükəsizliklə məhdudlaşmır. Sakinlərdən müxtəlif adlarla toplanan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, maliyyə hesabatlarının təqdim olunmaması və mümkün mənimsəmə halları da ciddi narahatlıq doğurur. Bu baxımdan yaşayış komplekslərinin idarə edilməsində şəffaflığın təmin olunması və dövlət nəzarətinin gücləndirilməsi zəruridir”.
Bu sözləri əmlak məsələləri üzrə ekspert Elnur Azadov SİA-ya açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, çoxmənzilli binalarda yaşayan milyonlarla vətəndaşı əhatə edən bu problem bəzi yaşayış komplekslərində uzun müddətdir davam edir:
”Sakinlərdən ümumi ehtiyaclar, təmir, texniki xidmət və digər məqsədlər adı ilə müxtəlif yollarla vəsait toplanır, lakin həmin pulların hansı istiqamətlərə xərcləndiyi barədə mütəmadi hesabat təqdim olunmur”.
E.Azadov qeyd edib ki, bəzi hallarda toplanan vəsaitlərin illər ərzində mənimsənilməsi ehtimalı yaranır. Bu cür hallar yalnız qeyri-rəsmi idarəetmə üsulunun tətbiq olunduğu binalarda deyil, qanuni əsaslarla idarə edilən ayrı-ayrı yaşayış komplekslərində də müşahidə oluna bilər.
Ekspert hesab edir ki, problemin həlli üçün yaşayış komplekslərinin idarə olunmasına dövlət nəzarəti mexanizmləri gücləndirilməlidir. Onun fikrincə, sakinlərdən toplanan vəsaitlərin hərəkəti şəffaf şəkildə sənədləşdirilməli, idarəedici şəxslər mütəmadi maliyyə hesabatları hazırlayaraq mənzil sahiblərinə təqdim etməlidirlər.
O bildirib ki, maliyyə hesabatı təqdim etməyən, sakinlərin vəsaitlərindən təyinatı üzrə istifadə etməyən və qanun pozuntularına yol verən idarəedici şəxslərin məsuliyyətə cəlb olunması üçün təsirli mexanizmlər yaradılmalıdır.
E.Azadovun sözlərinə görə, bu sahədə şəffaflığın təmin edilməsi sakinlərin hüquqlarının qorunmasına, yaşayış komplekslərinin idarə edilməsində məsuliyyətin artırılmasına və vətəndaşların idarəedici qurumlara etimadının möhkəmləndirilməsinə xidmət edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 13 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















