Crocus a hücumla bağlı YENİ XƏBƏR 1,68 milyardlıq İDDİA GÜNDƏMDƏ
Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiyalı azərbaycanlı iş adamı Araz Agalarova məxsus Crocus Group şirkəti 2024-cü ildə yanan "Crocus City Hall" konsert zalına görə sığorta ödənişinin alınması məqsədilə "İnqosstrax" sığorta şirkətini məhkəməyə verib.
Bizim.Media xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Şirkət məhkəmə vasitəsilə 1,68 milyard rubl məbləğində zərərin ödənilməsini tələb edir.
Məlumata görə, tələb olunan məbləğ ümumi zərərin üçdə birindən də azını əhatə edir. Bununla belə, bu vəsaitin alınması da çətin görünür, çünki terror aktı riskinin sığorta müqaviləsinə daxil edilmədiyi ehtimal olunur.
2025-ci ildə Araz Ağalarovun oğlu Emin Agalarov Emin Ağalarov şirkətin terror aktı nəticəsində ümumi zərərini 150–200 milyon ABŞ dolları (təxminən 11,77–15,7 milyard rubl) həcmində qiymətləndirmişdi.
Onun sözlərinə görə, bu məbləğin təxminən 100 milyon dolları (7,85 milyard rubl) oxşar konsert kompleksinin yenidən tikintisi üçün tələb olunan xərclərdir.
Rusiya Baş Prokurorluğunun qiymətləndirməsinə əsasən isə terror aktı nəticəsində ümumi maddi zərər 5,7 milyard rubl təşkil edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 İyul 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















