“Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasında ikinci turnirə yekun vurulub
Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasında ikinci turnirə yekun vurulub.
Padel tennis üzrə beynəlxalq yarışın mükafatlandırma mərasimində Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev çıxış edərək turnirin əhəmiyyətini yüksək qiymətləndirib və medalçıları təbrik edib.
İtaliyadan olan Rikkardo Sinikropi və Culio Qraziotti cütü çempion olub. Onlar ispaniyalı idmançılardan Adrian Rodriqezlə Hektor Vaskesə qalib gəliblər – 6:7, 7:5 və 6:2.
Azərbaycanlı tennisçilər Tamerlan Əzizovla Yusif Rzayev isə 3-cü yer uğrunda dueldə millimizin digər üzvləri Rəsul Qocayev və Kənan Qasımova qalib gəliblər - 6:3, 6:4.
Yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər. Turnirin əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 29 İyun 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















