Cüdo Federasiyasından Hidayət Heydərovla bağlı açıqlama
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Cüdo Federasiyası (ACF) olimpiya çempionu Hidayət Heydərovun Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində iştirakına münasibət bildirib.
Moderator.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq ACF-dən bildirilib.
Qərarın məşqçilər heyəti və idmançı tərəfindən birlikdə qəbul olunduğu diqqətə çatdırılıb:
“Hidayət Heydərovun Qran-pri yarışında 81 kq çəki dərəcəsində çıxışı barədə qərar cüdoçunun sağlamlığının qorunması və yarış təcrübəsinin artırılması məqsədilə məşqçilər heyəti və idmançı tərəfindən birlikdə qəbul olunub. Onun karyerasını hansı çəki dərəcəsində davam etdirməsi barədə yekun qərar daha sonra veriləcək”.
Xatırladaq ki, turnir iyunun 26-28-də baş tutacaq. Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 25 İyun 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















