“Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 23 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyində “Cümhuriyyət maarifçiliyi və müstəqil Azərbaycanın təhsil yolu” mövzusunda tədbir keçirilib. Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), Gənc Tarix Müəllimləri Birliyinin təşkilatçılığı və Milli Azərbaycan Tarixi Muzeyinin tərəfdaşlığı ilə keçirilən tədbirdə Azərbaycanın maarifçilik tarixi və müasir təhsil yolu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Gənc Müəllimlər Assosiasiyasından məlumat verilib.
Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi və AGMA-nın sədri Pərvinə Qədimova çıxış edərək maarifçiliyin təhsildəki əhəmiyyətindən danışıblar.
Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxışında təhsil siyasətində maarifçi ideyaların davamlılığının vacibliyini vurğulayıb. Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun dosenti Nailə Hüseynova, Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi dosent Əli Fərhadov və həmin muzeyin baş mütəxəssisi Qənirə Qafarlı tarixi irsin müasir təhsildəki roluna dair elmi araşdırmalarını təqdim ediblər.
Görüş çərçivəsində dinləyicilərlə interaktiv müzakirələr aparılıb və onların sualları cavablandırılıb. Müzakirələrə AGMA-ya tabe Gənc Tarix Müəllimləri Birliyinin sədri Əli Abdullayev moderatorluq edib.
Tədbirin sonunda iştirakçılar muzeydə ekskursiyada olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 May 2025 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















