Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Süni intellekt texnologiyalarının sürətli inkişafı, cəmiyyətin bir çox sahələrində, o cümlədən müəllif hüququ sahəsində köklü dəyişikliklərə səbəb olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən əsərin müəllifi onun yaradıcısı olan fiziki şəxsdir: "Qanuna əsasən “komputer” dedikdə informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu nəzərdə tutulur.
- “məlumat bazası” – materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin (HEM-in) köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu;
- “kompüter” (hEM) – informasiyanı işləməyə qadir olan elektron və ya ona oxşar qurğu;
- “kompüter proqramı” (HEM üçün proqram) – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu. Kompüter proqramına həmçinin onun hazırlanması gedişində əldə edilən hazırlıq materialları və onun doğurduğu audiovizual təsvirlər də daxildir;
Göründüyü kimi mövcud qanunvericilikdə müəllif hüququnun subyekti olaraq fiziki şəxs tanınır.
Nəzərə alsaq ki, süni intellekt komputer və komputer proqramında ehtiva olunur. Lakin bizim qanunvericilik süni intellekti müəlliflik hüququnun subyekti kimi tanımır. Süni intellekt digər proqram təminatları kimi alət sayılır.
Kompüter proqramları Bern Konvensiyasının 2-ci maddəsindəki mənada ədəbi əsərlər kimi qorunur. Belə qorunma kompüter proqramlarına ifadə üsulundan və ya formasından asılı olmayaraq şamil edilir.
Müxtəlif ölkələrin müəllif hüquqları qanunları süni intellektin yaradıcı fəaliyyətini necə qiymətləndirdiyini müəyyən edir. Bəzi ölkələrdə bu sahə ilə bağlı hələ də qanun boşluğu mövcuddur. Beynəlxalq səviyyədə, Müəlliflik Hüquqları Konvensiyası və Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) sənədləri, süni intellektin yaratdığı əsərlərin müəlliflik hüquqlarını necə təyin edəcəyini müzakirə edir.
Lakin, bu məsələlərə dair beynəlxalq standartlar hələ formalaşmamışdır. Buna görə də, hər bir ölkə öz qanunvericiliyində süni intellektin rolunu necə müəyyən edəcəyini qərarlaşdırır. Avropa Birliyi Ədalət Məhkəməsinin 16 İyul 2009-cu il tarixli “İnfopaq” qərarında əsərin orijinal olması və əsər sahibinin yaradıcılığını əsərdə əks etdirməsinin lazım olduğu qeyd edilmişdir: əsərin yaradıcısı əsərdə öz şəxsiyyətini əks etdirməli və əsər insan əli ilə yaradılmalıdır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Yanvar 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















