Icma.az
close
up
RU
Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Bakıda tez-tez yollar çökür. Nəticədə insan ölümü ilə müşayiət olunan bədbəxt hadisələr qeydə alınır. Mütəxəssislərin fikrincə, bunun səbəbi ömrünü başa kanalizasiya xətləridir. Lakin həmin xətləri tam olaraq dəyişmək mümkün deyil.

İyunun 26-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlünün "Baksol" yolu adlanan ərazidə yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşməsi nəticəsində faciəli ölümü şok effekti yaratdı.

Xatırladaq ki, həmin ərazidə yer səthinin çökməsi ilk dəfə deyil. 2020-ci ildə də ərazidə asfalt çökmüş, bir maşın çuxura düşməkdən son anda xilas olmuşdu. Mütəmadi olaraq Bakının müxtəlif yerlərində yolların çökməsi haqqında məlumatlara da rast gəlirik. Yaxın keçmişdə 8 Noyabr, Heydər Əliyev prospektlərində də belə çökmələr yaşanıb. Bəs, görəsən, Bakıda belə hadisələr niyə tez-tez baş verir? Bu kimi bədbəxt hadisələrdən necə qoruna bilərik?

Cümşüdün ölümünə görə cavabdeh kimdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr Agentliyin balansında deyil və qurumun xidmət göstərdiyi sahələrə aid olunmur: "Belə halların baş verməsinin əsas səbəbi yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır".

Hadisənin baş verdiyi ərazi Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə yolboyu sağ və sol hissələrdə tikinti materialları bazarı fəaliyyət göstərir. Kanalizasiya quyuları həmin mağazaların altında qalıb, xəttin mühafizə zonası ağır çəkili tikinti materialları ilə yüklənib. Belə vəziyyət görülən işlərə mane olmaqla yanaşı, kollektorun üzərindəki yol örtüyünün çökməsi ilə nəticələnib.

"Səhlənkarlığı olanlar məsuliyyətə cəlb edilməlidir"

Milli Məclisin deputatı Hikmət Babaoğlunun sözlərinə görə, Bakı şəhərinin su, kanalizasiya və drenaj sisteminin yenidən qurulmasına ehtiyac var. Çünki bu sistem köhnəlib:

"Şəhərin alt sistemi dediyimiz bu avadanlıqları bir dəfəyə dəyişmək mümkün deyil. Bunun üçün müəyyən vaxt və maliyyə lazımdır. Müvafiq qurumlar hansı hissənin daha çox bərpaya ehtiyacı olduğunu müəyyənləşdirib, infrastruktur yenilənmələrinə başlamalıdırlar ki, belə hadisələr baş verməsin. Əgər hansısa qurumun səhlənkarlığı olubsa, mütləq qaydada məsuliyyətə cəlb olunmalıdır. Çünki həmin qurumlar vətəndaşlar qarşısında məsuliyyət daşıyırlar".

"Əsas səbəb xətlərdəki sızmalardır"

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mühəndis kommunikasiya sistem və qurğularının tikintisi kafedrasının dosenti Aqşin Kərimov bildirdi ki, Bakıda yolların çökməsinin əsas səbəbi torpağın altından keçən kanalizasiya və drenaj sistemləridir: "Bakıdakı kanalizasiya sistemləri 1960-80-ci illərdə tikilib. Onlar ömrünü başa vurub və mütləq yenilənməlidir. Amma bu yenilənmə hələ də aparılmır. Həmin kanalizasiya xətlərinin üzərindən asfalt çəkiblər. Yerin altında bu borularda sızmalar baş verə bilər. Bu zaman torpaq yumşalır, asfaltın çökməsi ilə nəticələnir. Yeraltı su səviyyəsinin yüksək olmasını da nəzərə almalıyıq. Bu zaman da torpağın yumşalması mümkündür. Bakıda ağır texnikalar, avtomobillər hərəkət edir. Yeni binalar tikilən zaman bu kimi ağır maşınlar ərazilərə daxil olur. Bu da torpağa təsir edir. Amma əsas səbəb yerin altından keçən xətlərdəki sızmalardır".

"Bu problem həmişə bizimlə olacaq"

A.Kərimovun fikrincə, kanalizasiya sistemlərimiz köhnə olduğundan, bu kimi çökmələr hər an hər yerdə baş verə bilər: "Bu problem həmişə bizimlə olacaq. Kanalizasiya xətlərinin ətrafı bərkidilməlidir. Asfaltda çat olduğunu görəndə vətəndaşlar ehtiyatlı olmalıdırlar. Bu xətləri söküb yenidən bərpa etmək mümkün deyil. Çünki elə xətlər var ki, binaların altından keçir. Yalnız sızma olan ərazini nəzarətə götürə bilərlər. Sızmanı da təmizlənmə məntəqələrində öyrənirlər. Suyun həcmində azalma olduqda bilirlər ki, haradasa sızma var. Cavabdeh qurumlar birlikdə işləməlidirlər. Koordinasiyanın olmaması nəticəsində bu kimi hadisələr baş verir".

"Yol çəkilərkən ərazi araşdırılmalıdır"

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, geoloq Allahverdi Tağıyevin sözlərinə görə, yerin altı öyrənilmədən üstündə iş aparanda belə bədbəxt hadisələr qaçılmazdır: "Yol çəkilərkən ərazinin mühəndislik geologiyası öyrənilməlidir. Bir neçə istiqamətdə quyular qazılır və analizlər aparılır ki, yerin kəsilişi nədən ibarətdir. Asfalt hansı süxurların üzərində olacaq. Bu, çox önəmlidir. Yumşaq süxurların yerinə bərk süxurlar doldurulmalıdır. Qrunt suyu səviyyəsi, toplanması, axını öyrənilir. Kanalizasiya sistemlərinin izolyasiyasına, kənarlarının bağlı olmasına, yola yaxın olub-olmamasına da baxılmalıdır. Ərazinin yükgötürmə qabiliyyəti də araşdırılmalıdır. Bunun üçün də qurumlar birlikdə işləməlidir".

A.Tağıyev bildirir ki, əgər ərazi çökməyə meyllidirsə, oradan qrunt suları, kanalizasiya xətləri, suvarma kanalları keçirsə, bunu təcrid etməyin yolları var: "Amma suyun kəsilməsi də tam həll deyil. Çünki yuyulma, boşalma olubsa, su kəsilsə belə ağırlıq zamanı yenidən çökmə ola bilər. Bu səbəbdən bünövrə möhkəmləndirilməlidir".

"Məhəllələr, küçələr, ara yollar təhlükədədir"

Geoloqun fikrincə, belə hadisələrin qarşısını almaq üçün komissiya yaradılmalı və təhlükəli ərazilərə nəzarət gücləndirilməlidir: "Mərkəzi yollarda belə hadisələrin baş verməsi çox nadir hallarda olur. Amma məhəllələr, küçələr, ara yollarda heç bir araşdırma işləri aparılmadan asfalt vurulur. Yolun altında hansı proseslərin getdiyini bilmədiklərindən də bədbəxt hadisələr baş verir. Gözdən kənar yollara nəzarət gücləndirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 İyul 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri