Icma.az
close
up
RU
“D vitamini azlığı uşaqların inkişafını ləngidir” Həkim pediatr

“D vitamini azlığı uşaqların inkişafını ləngidir” Həkim pediatr

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Vitamin D uşaqların sağlam böyüməsi və inkişafı üçün vacibdir. Onun çatışmazlığı vaxtında aradan qaldırılmadıqda ciddi sağlamlıq və inkişaf problemlərinə yol aça bilər. Bəs D vitamini çatışmazlığı hansı əlamətlərdə özünü göstərir?

ATU-nin I Uşaq xəstəlikləri kafedrasının dosenti, Tədris Terapevtik klinikanın həkim-pediatrı Nigar Bayramova Metbuat.az-a açıqlamasında bildirib ki, günümüzdə D vitamini defisiti həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb:

“D vitamini yağda həll olan vitamin olmaqla bərabər, steroid hormonlara bənzəyir və təsir spektri çox genişdir. O, istər renin, istər insulin ifrazı, istər angiogenez, istər hüceyrə sağlamlığı mərhələsində çox vacib olub, həm kalsium homeostazını, həm də sümük sağlamlığını təmin edir. D vitamini olmadan kalsiumun yalnız 10%-i, fosforun isə 60%-i sorula bilir. Təəssüf ki, son zamanlar həyat tərzimizin dəyişməsi və D vitamininə tələbatın ödənilməməsi ilə əlaqədar D vitamini defisitinə istər uşaqlar, istərsə də böyüklər arasında çox rast gəlinir. Həkim təcrübəmə əsasən qeyd etməliyəm ki, gələcəyin valideynləri olacaq yeniyetmə gənclər arasında D vitamin defisitinin və anemiyanın çoxalması məni xüsusilə narahat edir. Tədqiqatlar doğurqanlıq yaşlarında qadınlarda D vitamin defisitinin artdığını və bu körpələrin göbək ciyəsi qanında da D vitamininin səviyyəsinin aşağı olduğunu göstərir. Unutmayaq ki, D vitamini 30-a yaxın mübadilə prosesində və 300 genin sağlamlığında önəmli rola malikdir. Uşaqlar arasında D vitamini çatışmazlığına bağlı raxit daha çox 4 aydan 3 yaşa qədər rast gəlinir”.

Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı uşaqlarda və böyüklərdə müxtəlif əlamətlərlə özünü göstərə bilər:

“Əmgəyin geniş olması, kraniotabes, raxitik təsbehlər, əl biləklərinin genişlənməsi, aşağı ətraflarda “X”-vari və “O”-vari əyriliklər, boy artımının azalması, hipotoniya, hərəkət gerilikləri kiçik uşaq yaşlarında təsadüf olunan əlamətlərdir. Digər yaşlarda və böyüklərdə isə D vitamini çatışmazlığı tez yorulma, çox tərləmə (xüsusən gecələr), əsəbilik, ətraflarda ağrılar, tez-tez xəstələnmə, soyuqdəymə, infeksiyaların artması şəklində özünü büruzə verir. Valideynlər uşağın inkişafında gecikmə, boy artımının ləngiməsi, tez yorulma, ayaqlarda dəyişiklik, ağrılar və tez-tez xəstələnmə gördükdə, diaqnozu dəqiqləşdirmək və riskləri aradan qaldırmaq üçün mütləq pediatra müraciət etməlidirlər. D vitamini çatışmazlığının klinik əlamətləri varsa, vaxtında aşkar etmək və geri dönməz sümük dəyişiklikləri yaranmadan müalicəyə başlamaq çox zəruridir. Çünki çatışmazlıq uzun müddət davam etdikdə, sümüklərdə dəyişikliklər yarandıqdan sonra müalicə başlansa belə, geri dönməz zədələnmələr qala bilir. Günümüzdə xüsusilə həyat tərzi fərqləri, qadınların geyim tərzi və evdə çox zaman keçirməsi D vitamini azlığının əsas səbəblərindəndir. Xüsusilə, qapanan qadınlar, günəşin faydalarından istifadə etməyən insanlar, artıq çəkili, piylənmə, sorulmama sindromu olan şəxslərdə, D vitaminin mübadiləsinə təsir edən dərmanlar qəbul edənlərdə D vitamininin azlığı araşdırılmalı, nəticələr dəqiqləşdirilərək həkim təyinatı əsasında profilaktik və ya müalicə dozasında təyin edilməlidir”.

Nigar Bayramova qeyd edib ki, D vitamininin profilaktikası təmin olunmamışsa, risk amilləri varsa və D vitamini defisiti aşkarlanmışsa, gecikdirmədən müalicəyə başlanmalıdır.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 12 Sentyabr 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri