DaBaby ukraynalı miqrantın qətlini klipində canlandırdı, sonluğunu dəyişdi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Amerikalı reper "DaBaby" (Conatan Lindeyl Kirk) "Save me" mahnısına çəkdiyi yeni klipdə Şarlottda qatarda öldürülən ukraynalı miqrant İrina Zarutskayanın qətl hadisəsini canlandırıb.
Oxu.Az-ın verdiyi məlumata görə, klipdə hadisənin sonluğu real faciədən fərqli təqdim edilib.
Video real qatarda baş verən hücum kadrları ilə başlayır, daha sonra reper və aktyorlar qətl səhnəsini yenidən canlandırırlar. Lakin ehtimal olunan qatilin qıza qarşı bıçaq qaldırdığı anda musiqiçi onun əlini tutaraq hücumun qarşısını alır.
Sonda Zarutskayanın obrazı boynunu ovuşdura-ovuşdura təhlükəsiz şəkildə evə gedərkən göstərilir. Bu zaman "DaBaby" və Braunu (Dekarlos Braun - qətldə ittiham olunan şəxs) canlandıran aktyor təhlükəsizlik xidməti əməkdaşlarının yanından keçərək sürətlə qatardan çıxırlar".
Xatırladaq ki, Zarutskaya Şarlottda qatarla gedərkən bir kişi arxadan ona hücum edərək bıçaqla qətlə yetirib. Polis Dekarlos Braunu həbs edib. Əvvəllər o, 14 dəfə həbs olunub.
"DaBaby" ukraynalı miqrantın qətlini klipində canlandırdı, sonluğunu dəyişdi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Sentyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















