Icma.az
close
up
RU
Daban testi mütləq lazımdır: Erkən diaqnoz uşağın gələcəyini xilas edir

Daban testi mütləq lazımdır: Erkən diaqnoz uşağın gələcəyini xilas edir

Icma.az bildirir, Sherg.az portalına istinadən.

“Uşağınızın harda doğulmasından asılı olmayaraq (özəl, ya dövlət) mütləq "daban testi" tələb edin. Sonra da testin cavablarını tələb edin”. Bu çağırışı sosial media hesabında pediatr Vaqif Qarayev edib. 

İrsi-genetik xəstəliklərin erkən aşkarlanması baxımından “daban testi”nin vacib olduğunu vurğulayan pediatr qeyd edib ki, əqli inkişaf geriliyi həddindən artıq çoxalıb, əksəriyyət də bunu autizmlə əlaqələndirir. Genetik analizlərin arealı böyükdür. Genetik xəstəliklərə biz heç nə edə bilmirik, çünki təbiət elə yaradıb. Amma daban testinin altına düşən xəstəliklərə təbabət kömək edir, tam sağalmasa da, əlil qalmır, özünü idarə edə, təhsil ala bilir və s.


Pediatr-neonatoloq  Qoşqar İsmayılov da Sherg.az-a açıqlamasında qeyd edib ki, topuq testi analizi yeni doğulmuş uşaqlarda bir sıra metabolik xəstəliklərin aşkarlanması üçün edilir. Körpənin həyatının 3-7-ci günlərində reallaşdırılır: 

"Bu analiz vasitəsilə uşaqlarda xəstəlik əlamətləri yaranmadan xəstəliyin diaqnozunu qoymaq mümkün olur. Erkən qoyulan diaqnoz isə əmələ gələ biləcək xəstəlik əlamətləri və onların fəsadlarının qarşısını alır. Çünki bəzi irsi metabolik xəstəliklərə sonradan diaqnoz qoyulduqda, yaxşı müalicə olunsa belə, fəsadlar qalır. Ona görə bu xəstəlikləri öncədən bilmək onun fəsadlarının yaranmasının qarşısını alır. Valideynlərə ciddi şəkildə  yenidoğulmuşlara rutin olaraq topuq testi etdirmələrini tövsiyə edirəm”.

Pediatrın sözlərinə görə, "Topuq testi" ilə uşaqda əsasən hipotiroidizm ve fenilketonuriya xəstəliyinin olub-olmaması yoxlanılır. Hər ikisi anadangəlmə xəstəlikdir:  “Bu analiz vasitəsilə müəyyən olunan xəstəliklərdən biri  hipotiroidizimdir. Bu, qalxanvari vəzin işinin zəifləməsinə, hormonlarının çatışmazlığı ilə bağlı xəstəlikdir. Bu xəstəliklər müalicəsiz qalarsa, ağıl geriliyi, boy qısalığı, katarakt kimi ciddi problemlərə gətirə bilər.

Bu xəstəliyə erkən diaqnoz qoyularsa, 1 dərmanla müalicə olunur. Ancaq gec aşkarlanarsa, bərpa olunmayan zəka və boy problemləri yaranır. Yəni erkən diaqnoz xəstəliklərin simptomları və ağırlaşmaları yaranmadan onun qarşısını almaq və müalicə etmək üçün çox önəmlidir. Çünki sonradan qarşısını almaq olmur. Fenilketonuriya da bu test ilə aşkar edilir. Bu zaman fenilalanin hidroksilaza adlı ferment çatışmır. Qanda fenilalajin və onun metabolitleri artır. Onların artıq miqdarı beyinə toksiki təsir göstərir”. 


Q.İsmayılovun sözlərinə görə, bu testin aparılmasının zərərli tərəfi yoxdur. Əksinə, çox faydalıdır. Test vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısı tamamilə alına bilər: 

“Analiz zamanı körpənin hiss etdiyi ağrı olduqca cüzidir. Barmaqdan qan analizi almaq kimi bir prosedurdur. Topuq testi heç bir narahatlıq vermir. Valideyn övladının zehni, psixoloji, nevroloji geriliyini əvvəlcədən bilmə şansını qaçırır. Topuq testi körpə üçün bir şansdır və düşünürəm ki, analar bu şansı övladlarından almamalıdır. Düşünürəm, bu analizlərə marağın az olmasının əsas səbəbi maariflənmənin zəif olmasıdır. Özəl klinikalarda kifayət qədər baha qiymətə qeysəriyyə etdirən valideynlər üçün 50 manat verib uşağını topuq testi etdirmək problem olmamalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 İyul 2025 05:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri