Dabaq xəstəliyi gəldi, əhali toyuq məhsullarına “hücum çəkdi BAHALAŞMA OLACAQ?
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Regionlarda iri və xırdabuynuzlu heyvanlarda müşahidə olunan dabaq xəstəliyi əhali arasında qırmızı ətə biraz tələbatı azaldıb. Son dövrlər həm toyuq ətinə, həm də yumurtaya tələbat artıb".
Bu sözləri "Yeni Sabah"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli deyib. O bildirib ki, yaxın gələcəkdə ölkədə yumurta qıtlığı baş verə bilər:
"Əvvəllər ölkə əhalisi gündəlik 3.6 milyon ədəd yumurta istehlak edirdisə, bu il həmin rəqəm 4.8 milyonu ötüb. Yumurta istehlakı toyuq ətinə nisbətən daha çox artıb. Bazarda yumurta qıtlığı olmasa da, yaxın gələcəkdə baş verə bilər. Əhalinin böyük əksəriyyəti qırmızı ətdən sonra protein mənbəyini əsasən yumurtadan alır. Bu baxımdan, yumurtaya tələbat ciddi şəkildə artıb. Ancaq qiymətlərdə hansısa artım yoxdur".
M.Həsənli qeyd edib ki, hazırki tendensiyanı qiymət artımı olmadan başa vurmaq mümkündür:
"Fikrimcə, biz bu periodu qiymət artımı olmadan keçirə biləcəyik. Toyuq əti ölkəmizdə kifayət qədər istehsal olunur. Tələbat artsa da, istehsalda da artım özünü göstərir. Qonşu ölkələrdən, məsələn, Türkiyədə yumurtanın mağazalardakı satış qiyməti 25 qəpikdir. Gürcüstanda 24-25 qəpik, Rusiyada 24-26 qəpik, Avropa ölkələrində isə 32-38 qəpik arasında dəyişir".
Qeyd edək ki, son zamanlar regionlarda iri və xırdabuynuzlu heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən, əhali arasında quş və quş əti məhsullarına tələbat xeyli artıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 11 Noyabr 2025 20:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















