Dadaşın zədəsi yenə baş qaldırıb
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Dadaş Dadaşbəylinin Gürcüstanın Batumi şəhərində keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak etməməsinin səbəbi müəyyənləşib.
110 kq çəki dərəcəsində çıxış edən atlet ötən il aldığı zədəyə görə ağrılarının yenidən baş qaldırdığını söyləyib:
“2025-ci ildə keçirilən dünya çempionatı zamanı dizimdən aldığım zədə hələ də tam sağalmayıb. Buna baxmayaraq, ötən il Ər-Riyadda keçirilən 6-cı İslam Həmrəyliyi Oyunlarında iştirak etdim, uğurlu nəticə qazandım. Bundan sonra ağrılarım artmağa başladı. Mənim üçün çətin dönəm idi. Hazırda bərpa prosesi keçirəm. Tam sağalandan sonra yenidən yarışlara qatılacağam”.
Qeyd edək ki, aprelin 19-dan 26-na kimi keçiriləcək Avropa çempionatı üçün yığmanın ilkin heyəti açıqlanıb. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytındakı siyahıda Tehran Məmmədov (65 kq), İsa Rüstəmov (71 kq), Ravin Alməmmədov (79 kq) və Əli Şükürlünün (110 kq) adı yer alıb.
Bu mövzuda digər xəbərlər:Məşədi Dadaşın imamına hücum edən şəxsin MƏHKƏMƏSİ baş tutub
20 Noyabr 2024 09:06
Məşədi Dadaşın imamına suiqəsddə təqsirləndirilənin məhkəmə istintaqı yekunlaşdı
11 Dekabr 2024 09:05
Məşədi Dadaşın imamına suiqəsd etmək istəyən şəxs özünü 12ci imam adlandırıb
20 Noyabr 2024 09:36
AAF rəsmisi: Dadaşın əldə etdiyi nailiyyət Azərbaycan idmanı üçün böyük uğurdur
16 Dekabr 2024 17:12
Baxış sayı:94
Bu xəbər 10 Aprel 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















