Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Türk birliyi dağıdıcı müxalifəti narahat edir ANALİZ

Türk birliyi dağıdıcı müxalifəti narahat edir ANALİZ

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hər zaman belə olub, xalqın, dövlətin maraqlarından pafoslu danışanlar, uca səslə bağıranlar, reallıqda boşboğazlardan bir şey olmadıqları üzə çıxır. Məlum olur ki, əslində sözdə milli mənafeyindən danışanlar əməli fəaliyyətlərində dövlət maraqlarına qarşıdılar. Uzağa getmədən Azərbaycanın dağıdıcı müxalifətinin fəaliyyətinə nəzər yetirilsə, hər şey gün kimi aydın olar. O mənada ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri daim Turan birliyindən və digərləri daim uzaq hədəf, maraqlara hesablanan populist fikirlərlə çıxışlar etsələr də, reallıqda Avropanın və ABŞ-ın maraqlarına xidmət ediblər. Bununla bağlı çoxsaylı faktlar və sübutlar da mövcuddur. Ona görə də, Əli Kərimli, Cəmil Həsənli kimilərin danışdıqları boş qazanı danqıldatmaqdan başqa bir şey hesab olunmur. Yalançıların və boşboğazların siyahısını dərc etmək mümkün olsa, heç şübhəsiz ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın rəhbəri Cəmil Həsənli və digərləri ilk sıra da yer alarlar. Ümumiyyətlə faktlara istinadən demək olar ki, bu məxluqlar siyasət bulağından su içməyə başladıqları ilk gündən indiyə qədər on minlərlə yalanlar danışıblar, özlərindən mənasız ideya və təkliflər uydurub, internet TV-lərdə səsləndiriblər. Bir dəfə də olsun ciddi, əsaslandırılmış fikir ortaya qoya bilməyiblər. Bu da ondan irəli gəlir ki, savadsızdırlar, bacarıq baxımından kasadırlar. Həm də maliyyə baxımından müəyyən xarici qüvvələrdən asılı durumdadırlar. Məhz xarici məkrli dairələrin istək və tələblərinə əsasən Əli Kərimli, Cəmil Həsənli və digərləri yalan, şər və böhtan xarakterli fikirləri dövriyyəyə buraxmalarına təhrik edilirlər. Bəlkə də müstəqil olsalar ictimai maraqlara yaxın mövqe səsləndirməyə cəhd edərlər. Lakin özlərinin də etiraf etdikləri ( Cəmil Həsənli müsahibələrinin birində hər ay SOROS Fondundan 200 ABŞ dolları aldığını deyib.) kimi xarici qüvvələrini təsiri altındadılrar. Elə durumdadırlar ki, bəzən öz məsləklərinə və əqidələrinə xəyanət yolu tuturlar. Misal üçün, Əli Kərimli “Yurd” yaranan zaman özünü Turan birliyinin “əsgəri” olaraq təqdim edir, böyük Azərbaycan quruculuğunda ən fəal təəssübkeşlərdən biri olduğunu nümayiş etdirməyə çalışırdı. Hətta Xəqani 33-də olduqları zaman tez-tez “BAP”-ın iclaslarını keçirib, boğazdan yuxarı da olsa populist fikirlər söyləyirdi. Elə ki AXCP sədrliyi kreslosunu zəbt edib, ABŞ-ın və Avropanın qaranlıq dairələri ilə qrant almaq üçün iş birliyinə getdi, bütün “böyük ideyalar”ından imtina etdi. Necə deyərlər, oldu Qərbpərəst. O gündən bu günə qədər ABŞ-ın və Avropanın müəyyən dairələrinin Bakıdakı sözçüsü olaraq çıxış edir.

AXCP-nin parçalanmasının kökündə Turan birliyindən imtina edilməsi oldu

Diqqətçəkən məqam ondan ibarətdir ki, Əli Kərimlinin cibləri xaricdən alınan pullar hesabına dolduqca Böyük Azərbaycan ideyasından və Turan birliyindən imtina etməsi nəticədə AXCP daxilidə narazılıqlarında genişlənməsinə gətirib çıxardı. Az sonra AXCP bir neçə yerə parçalandı ki, onun da acı nəticələrini hələ də partiya yaşamaqdadır. Partiyada mənasız yerə var-gəl edənlər də Ə.Kərimlinin zəhərli təbliğatında qurtula bilməyənlərdir. O şəxslərdir ki, sədr müavini Seymur Həzinin timsalında “PKK” lideri Abdulla Ocalanın yaxın tərəfdarı Səlahəddin Demirtaja biət edilir. Fuad Qəhrəmanlı Vardan kimi terrorçunu müdafiə edir. Ə.Kərimlinin özü fars-molla rejimin əmmaməli mollalarının əlini öpən Tale Bağırzadəyə haqq qazandırır. Bütün bu kimi faktlar artıq Ə.Kərimlinin və trollarının Turan ideyasından, böyük Azərbaycan məfkurəsindən imtina edildiklərini göstərir. Hazırda İsveçrədə yaşayan, keçmiş müsavatçı Elbəyi Həsənli haqlı olaraq Ə.Kərimlini və ətrafında olanları yanlış yol tutmaqda günahlandırıb: “AXCP Azərbaycanın gələcəyini necə görür? Bu partiyanın funksionerlərinin bəyanatlarından, müsahibələrindən mən belə başa düşürəm ki, AXCP Türk Dünyasına yox, daha çox Qərbə inteqrasiyaya meyillidir. Yəni Azərbaycan Türk Dünyasının yox, məhz Qərbin bir parçası olmalıdır”.

E.Həsənli haqlı, əsaslı suallarla çıxış edir. Cəbhəçiləri dolayısı ilə Qərbin maraqlı dairələrinin sifarişi əsasında Türkiyə hakimiyyətinin siyasətini bəyənməmək də ittiham edir: “Bizim demokratlar nədən Türk Dünyasını bəyənmirlər? Axı AXC yarandığı gündən daima Türk Birliyinə çağırış edib. Mərhum Əbülfəz Elçibəy təpədən-dırnağa türk millətçisi idi. Özünü Atatürkün əsgəri hesab edirdi. Nədən AXCP belə bir ideoloji transformasiyaya məruz qalıb? Məncə, səbəb çox sadədir. AXCP zənn edir ki, onlar yalnız Amerikanın, bütövlükdə isə Rusiyanın təbiri ilə desək kollektiv Qərbin dəstəyi ilə iqtidara gələ bilərlər. Ona görə də Qərbdən bərk yapışıblar. Əminəm ki, iqtidar Türk Dünyasına bu qədər önəm verməsə idi, AXCP Qərbə bu qədər meyil göstərməzdi. Yəni siyasi çıxarları naminə belə bir yol tutublar”.

Satqınlıq Əli Kərimlinin siyasi məhvini tezləşdirəcək

Təbii ki, Əli Kərimlinin, Cəmil Həsənlinin və digərlərinin böyük ideyalardan imtina edib, Qərbə yönəlik siyasət aparmaları onların ətraflarının seyrəlməsi ilə yanaşı cəmiyyət tərəfindən də sərt şəkildə tənqid olunurlar. Çünki Ə.Kərimli və ətrafında olanlar maddi və mənəvi dəstək almaq üçün bütün varlıqları ilə Qərbə sığınıblar. Lakin bir sual yaranır, bu gün əqidələrini dəyişdiklərinə görə, az da olsa xəcalət çəkirlərmi? Utanırlarmı ki, bütün türkdilli xalqlar vahid bayraq altında birləşməyə can atdıqları bir vaxtda onlar Qərbə meyillənirlər? Bu məqamda bir sıra məsələlərə də aydınlıq gətirilir. Məlum olur ki, nədən Ə.KƏrimli, C.Həsənli və digərləri fars-molla rejiminin işgəncə maşını altında əzilən güneyli soydaşlarımızın haqq və hüquqlarının müdafiəsində fikir bildirmirlər. Niyə bir dəfə də olsun güneyli soydaşlarımızın zindanlar da çürümələrindən, küçələrdə dar ağaclarından asılmalarından, uşaqların polis zorakılığı nəticəsində öldürülməsindən danışmırlar? Cavablar aydındır: Qərbin məkrli dairələri belə istəyirlər. Qrant ayıran fondlar yalnız ox işarələrini tuşladıqları ərazilərdən və məsələlərdən söylənməlidirlər. Əsasən də Azərbaycanın daxili uğurlarına, beynəlxalq nailiyyətlərinə kölgə salmağa cəhd göstərməlidirlər. Buna da çalışırlar. Lakin istəkləri uğursuzluğa düçar olur. Çünki yuxarıda qeyd etdiyim kimi, yeddidən yetmiş yeddiyə qədər Azərbaycanda hər bir kəs Ə.Kərimlinin, C.Həsənlinin və digərlərinin satqın və xəyanətkarlardan ibarət bir yığnağ olduğunu bilirlər. Ona görə də, onların Azərbaycanla bağlı boşboğazlıqlarına əhəmiyyət vermirlər.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri