Icma.az
close
up
RU
DAĞILAN YOL, MÜBAHİSƏLİ SƏBƏBLƏR Ekspert və qurum nə deyir?

DAĞILAN YOL, MÜBAHİSƏLİ SƏBƏBLƏR Ekspert və qurum nə deyir?

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda yeni çəkilən və ya əsaslı təmir olunan yolların qısa müddət sonra yararsız vəziyyətə düşməsi ilə bağlı şikayətlərə vaxtaşırı rast gəlinir. Sosial şəbəkələrdə yayılan görüntülər, sürücülərin müraciətləri və mediada dərc olunan xəbərlər göstərir ki, bəzi hallarda milyonlarla manat vəsait hesabına inşa edilən yollar bir neçə il keçməmiş deformasiyaya uğrayır, asfalt örtüyü sıradan çıxır və sürücülər üçün böyük bir təhlükəyə çevrilir.

Belə problemlərin yaşandığı son ünvanlardan biri də Xızı–Altıağac avtomobil yoludur. Ötən gün sosial şəbəkələrdə paylaşılan görüntülərdən də aydın olur ki, yolun əksər hissəsi ciddi şəkildə deformasiyaya uğrayıb, asfalt örtüyü dağılıb və bəzi hissələrdə hərəkət etmək çətinləşib. Bildirilir ki, xüsusilə gecə saatlarında yolun vəziyyəti sürücülər üçün əlavə risk yaradır və nəqliyyat vasitələrinin hərəkətini mümkünsüz edir.

Maraqlı məqam isə odur ki, sözügedən yolun yenidən qurulmasına 2013-cü ildə başlanılıb və layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılıb.

Belə ki, uzunluğu 19,8 kilometr olan yolun tikintisi və yenidən qurulması işləri 2017-ci ilin oktyabr ayında başa çatdırılıb. Rəsmi sənədlərə əsasən, Xızı–Altıağac avtomobil yolunun tikintisi və yenidən qurulması üçün ən azı 18 milyon manat dövlət vəsaiti yönəldilib.

Bəs maraqlıdır, yolun qısa müddətdə yararsız hala düşməsinin səbəbi nədir?

Bu barədə nəqliyyat eksperti Raqif Raufoğlu “AzPolitika”ya açıqlamasında bildirib ki, Azərbaycanda yol və digər infrastruktur layihələri ilə bağlı əsas problemlərdən biri işləri həyata keçirən qurumların sonradan görülən işə görə məsuliyyət daşımamasıdır.


Ekspertin sözlərinə görə, inkişaf etmiş Avropa ölkələrində bu sahədə fərqli yanaşma mövcuddur: “Belə ki, hansı qurum və ya şirkət işi həyata keçirirsə, həmin iş üçün müəyyən zəmanət öhdəliyi də götürür. Bu zəmanət bir, iki, üç il və ya daha uzun müddəti əhatə edə bilər. Əgər həmin müddət ərzində yol yenidən dağılır, çökmə və ya başqa problem yaranırsa, işi görən qurum onu öz hesabına bərpa etməli və ya buna görə məsuliyyət daşımalıdır”.

R. Raufoğlu qeyd edib ki, bəzi hallarda qurumlar yaranmış problemləri hava şəraiti, güclü yağışlar, suyun təsiri və digər amillərlə izah etməyə çalışırlar: “Lakin əgər layihə həyata keçirilərkən belə risklərin mövcudluğu əvvəlcədən məlumdursa, bu barədə ictimaiyyətə və sifarişçiyə məlumat verilməli, risklər nəzərə alınmalı və uyğun texniki həllər tətbiq olunmalıdır”.

Ekspert vurğulayıb ki, problem çox vaxt işlərin keyfiyyətsiz görülməsindən qaynaqlanır: “Sonradan problem yarandıqda isə məsuliyyət məsələsi açıq qalır. Adətən layihələrin sifarişçisi yerli icra hakimiyyətləri, müxtəlif dövlət qurumları və ya aidiyyəti dövlət agentlikləri olur. İşi icra edən tərəf isə başqa bir dövlət qurumu və ya özəl şirkət ola bilər. İnkişaf etmiş ölkələrdə sifarişçi ilə icraçı arasında məsuliyyət bölgüsü dəqiq şəkildə müəyyənləşdirilir. Məsələn, layihənin sifarişçisi bir qurum olur, icraçısı isə başqa qurum və ya özəl şirkət. İş başa çatdıqdan sonra həmin şirkət görülən işin keyfiyyətinə görə məsuliyyət daşıyır və sonradan yaranan problemlərə görə cavabdeh olur”.

R. Raufoğlu bildirib ki, Azərbaycanda əsas problemlərdən biri də məhz təhvil verən və təhvil alan tərəflər arasında məsuliyyət mexanizminin düzgün işləməməsidir: “Problem yarandıqda sifarişçi qurum bildirir ki, işi özü görməyib, icraçı yerinə yetirib. Halbuki həmin işi qəbul edən və təhvil alan da məhz sifarişçi qurumdur. Bu zaman “əgər iş keyfiyyətli deyildisə, onu necə qəbul etmisiniz?” sualı meydana çıxır. Lakin bu suala aydın cavab verilmir. Digər tərəf isə öz növbəsində bildirir ki, işi təhvil verərkən hər şey qaydasında olub, problem sonradan yaranıb. Nəticədə məsuliyyət bir qurumdan digərinə ötürülür və konkret cavabdeh tərəf müəyyən edilmir”.

Ekspert hesab edir ki, bu problemin həlli üçün qurumlar arasında əlaqələri izləyən və nəzarət edən müstəqil tənzimləyici mexanizmə ehtiyac var. “Belə bir qurum sifarişçi ilə icraçı arasındakı münasibətləri nəzarətdə saxlamalı, problem yarandıqda səbəbləri araşdırmalı və məsul tərəfi müəyyən etməlidir. Hazırkı vəziyyətdə problem ortaya çıxanda bir qurum məsuliyyəti digərinin üzərinə atır, digəri isə əks mövqe sərgiləyir. Jurnalistlər və ictimaiyyət də çox vaxt konkret cavab ala bilmir. Buna görə də əsas çatışmazlıq məsuliyyət bölgüsünü və nəzarət mexanizmini təmin edən sistemin formalaşmamasıdır”, - deyə ekspert qeyd edib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, mart-aprel aylarında müşahidə olunan intensiv yağışlar və sel hadisələri nəticəsində bir sıra yollar kimi Xızı–Altıağac avtomobil yoluna da ciddi ziyan dəyib. O, qeyd edib ki, Prezidentin müvafiq sərəncamına uyğun olaraq, sözügedən yol da daxil olmaqla 25 avtomobil yolunda bərpa və yenidənqurma işləri nəzərdə tutulur və hazırda Xızı–Altıağac yolu üzrə layihələndirmə işləri davam etdirilir, eyni zamanda ərazidə ilkin bərpa və təhlükəsizlik tədbirlərinin icrasına başlanılıb.

E. Bəyməmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri