Icma.az
close
up
RU
Daha 17 fələstinli həlak olub

Daha 17 fələstinli həlak olub

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail ordusunun səhər saatlarında Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ikisi uşaq olmaqla 17 fələstinli həyatını itirib, bir çox insan isə yaralanıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun Qəzzanın şərqindəki Şaaf məhəlləsində bir evi top atəşi ilə hədəfə alması nəticəsində ikisi uşaq olmaqla 3 nəfər həlak olub.Döyüş təyyarələrinin Tuffah məhəlləsində Hasuna ailəsinin evini hədəf aldığı hücumda 10 fələstinli ölüb, 13 nəfər yaralanıb.
İsrail hərbçilərinin Cibaliya Nezle bölgəsində bir evi hədəfə aldıqları hücumda 3 fələstinli ölüb, çoxlu sayda fələstinli yaralanıb.

Bu hücumlarla eyni vaxtda İsrail ordusu Qəzza şəhərinin şərqindəki Tuffah, Zeytun, Şucayyə və Şaaf bölgələrinə intensiv və davamlı artilleriya hücumları həyata keçirib, helikopterlərdən atəş açılıb.Qəzza zolağının mərkəzində yerləşən Nusayrat Qaçqınlar Düşərgəsinin şərq hissəsi və Bureyc Qaçqınlar Düşərgəsinin ətraf əraziləri bombalanıb.

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisin şərqindəki Huzaa qəsəbəsinə təşkil etdiyi hücumda yaralanan bir fələstinli də həyatını itirib.İsrail əsgərləri Xan Yunisin qərbindəki Mevasi sahillərində balıqçı gəmisini hədəfə alıb, iki fələstinli yaralanıb.İsrail qüvvələri Xan Yunisin şərqindəki Fəxari qəsəbəsində bir evə hava hücumu, şəhərin cənubunda isə Menara məhəlləsinə artilleriya zərbələri endirib.

Cənubdakı Rəfah şəhərinin yaşayış məntəqələri də helikopterlərin hədəfinə çevrilməkdə davam edir.

Nigar Hacılı 
 "Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Aprel 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri