Daha 2 azərbaycanlı rus hakimin qarşısında Diplomatlar məhkəməyə gəldi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Yekaterinburq Leninski Rayon Məhkəməsi saxlanılan Bəkir Səfərov və Şahin Lalayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə baxacaq.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, onlara dəstək vermək üçün onlarla həmyerlimiz məhkəməyə gəlib. Onların arasında diaspor üzvləri və hüquqşünaslar da var.
"Burada dəstək qrupu da var. Aralarında diplomatlar da daxil olmaqla 20-30 nəfər var. Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski də gəlib. Yəqin ki, daha çox vətəndaş gələcək", - məlumatda qeyd olunub.
Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, iyunun 27-də təhlükəsizlik qüvvələri azərbaycanlıları kütləvi şəkildə saxlayıb. Onlardan bəziləri öldürülüb, Ayaz, Akif və Məzahir Səfərovlar isə həbs edilib.
Məlumata görə, məhkəmə prosesi qapalı şəkildə keçiriləcək.
Ağarza Elçinoğlu
Baxış sayı:63
Bu xəbər 01 İyul 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















