Daha 2 vəkilə töhmət verildi 3 vəkilə irad, 6 vəkilə isə xəbərdarlıq olunub
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aprelin 30-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclasda çıxış edən Kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin son dövrlərdə həyata keçirdiyi fəaliyyət barədə ətraflı məlumat verib, görülən işlərin ölkədə hüquqi yardım sisteminin inkişafına və vəkillik institutunun möhkəmlənməsinə töhfə verdiyini qeyd edib.
Sonra iclasın gündəliyinə uyğun olaraq bir sıra məsələlər müzakirə olunub. Bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, dövlət qulluğuna qəbul olunmaları ilə əlaqədar vəkillik fəaliyyətlərinin dayandırılması, eləcə də müəyyən müddətə üzvlük haqqından azad olunmaları ilə bağlı müraciətlərə baxılaraq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda “Fairness” Vəkil Bürosunun təsis olunması məsələləri müzakirə edilərək müsbət qərar çıxarılıb.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə töhmət verilməsi barədə intizam tənbehləri tətbiq edilib, 3 vəkilə irad tutulub, 6 vəkilə isə xəbərdarlıq olunub.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 01 May 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















