Daha 3 gimnastımız finalda
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində top və halqalarla təsnifat mərhələsinə yekun vurulub.
İdman.bi xəbər verir ki, Azərbaycan yığmasının daha 3 gimnastı finala yüksəlib.
Zöhrə Cəfərova gənclərin mübarizəsində topla çıxışda təsnifat mərhələsini 1-ci pillədə başa vurub. O, halqa ilə çıxışı zamanı ilk 8-də yer alıb. Zöhrə həm də iki növdə çoxnövçülükdə ilk pillədə qərarlaşıb.
İlona Zeynalova halqa, Kamilla Seyidzadə isə topla hərəkətlərdə minimum vəzifənin öhdəsindən gəliblər.
Qeyd edək ki, daha əvvəl yeniyetmələr arasında Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə finala vəsiqə qazanıblar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 28 Mart 2025 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















