Icma.az
close
up
RU
Daha ağıllı olmaq üçün bizi yetişdirəcək vərdişlər

Daha ağıllı olmaq üçün bizi yetişdirəcək vərdişlər

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yüksək IQ-ya sahib olanların təkcə ağıllı insan ola biləcəyinə inanılır, lakin idrak qabiliyyətini inkişaf etdirməyin və həm peşə, həm də şəxsi həyatda daha təsirli olmağın bir çox potensial yolu mövcuddur.
Kifayət qədər motivasiya və qətiyyətlə demək olar ki, hər kəs uğurla zehni bacarıqlarını inkişaf etdirə və daha ağıllı birinə çevrilə bilər. Gündəlik rutininizə yeni vərdişlər əlavə edərək və uyğun təşviq mexanizminə sahib olaraq beyninizi gücləndirə, hər yeni gün qarşılaşacağınız yeni çağırışlarla mübarizə aparmaq üçün özünüzü daha da motivasiya olunmuş hiss edə bilərsiniz. Beyin sağlamlığı bütövlükdə sağlamlığınız üçün son dərəcə önəmlidir. 
Valyuta.az uğur qazanmaq üçün özünüzdə yaradacağınız və gündəlik həyatınıza daxil edə biləcəyiniz ən yaxşı vərdişlər haqqında məlumatı təqdim edir.
Daimi şəkildə yeni şeylər yaşamaq və öyrənmək beyninizi gücləndirmək üçün kritik əhəmiyyət kəsb edir. Başlanğıcda bunun faydasız olduğunu düşünə bilərsiniz, lakin sonunda çox güman ki, özünüzü növbəti təcrübəni səbirsizliklə gözləyərkən tapacaqsınız.
Yeni yerlər kəşf edin
İstər fərqli bir kofe dükanında dərs oxumaq və ya işə gedərkən başqa bir marşrut seçmək, istərsə də tamamilə fərqli bir ölkəyə səyahət etmək olsun, məkan dəyişdirmək həmişə beyniniz üçün faydalıdır. Yeni yerə getdiyinizdə özünüzü yad hiss edəcəyiniz üçün bu faydanı ən azı ilk mərhələdə dərk etməməyiniz tamamilə mümkündür. Məsələn, kofe dükanında “həmişəki”dən sifariş verə bilməzsiniz, çünki qarşınızda tamamilə yeni bir menyu olacaq. Bu menyudan əvvəllər sınamadığınız seçimlər üzərində düşünmək və qərar vermək məcburiyyətində qalacaqsınız.
Bu cür yenilik sadə səslənsə də, insanlar adətən vərdişlərin yaratdığı rahatlığı seçirlər. Hamımız hər zaman nələrin bizi gözlədiyindən əmin olmağı sevirik. Amma fərqli bir ölkəyə səfər etdiyinizdə ətrafınızdakı insanların istifadə etdiyi dilin və adətlərin sizinkindən fərqli olduğunu görürsünüz, qarşınızdakı mədəniyyətin tamamilə fərqli gündəlik ritmə sahib olduğuna şahid olursunuz. Belə bir yeniliyə uyğunlaşmağa çalışmaq beyninizin yeni və gözlənilməz çağırışlarla üzləşməsi deməkdir. Dil baryerlərinin olduğu bir mühitdə ətrafınızdakılarla əlaqə yaratma yollarını öyrənmək, beyninizi ehtiyaclarınızı və duyğularınızı ifadə etmək üçün yaradıcı üsullar tapmağa məcbur edir. Yeni janr musiqi dinləmək, fərqli yeməklər sınamaq və tanımadığınız küçələrdə istiqamət tapmağa çalışmaq, bütün bunlar birlikdə beyninizin yeni vəziyyətlərə uyğunlaşma qabiliyyətini inkişaf etdirməsinə kömək edir.
Təhsilinizi davam etdirin
Yetkinlik vaxtı alınan təhsil insanın edə biləcəyi ən yaxşı vaxt, pul və enerji sərmayələrindən biridir. Təhsilin ən böyük dəyərinin adətən uşaqlıq və yeniyetməlik dövrlərində yarandığına inanılsa da, yetkinlikdə yeni şeylər öyrənmək və bacarıqlar qazanmaq da çox vacibdir. Siz də yeni təhsil sinfinə yazıla, akademiyada təhsil ala və ya yaradıcı kurslara qoşula bilərsiniz. Təhsilinizi davam etdirməyə hazır olduğunuz halda beyninizi yeni sinir əlaqələri yaratmağa təşviq etmiş və daha yüksək zəka səviyyəsinə çatmış olacaqsınız.
Xəbərləri izləyin
Bu vərdişi əldə edib davam etdirə bilsəniz, daha sağlam beyin dalğalarına sahib ola bilərsiniz. Hər səhər və axşam yarım saatınızı qəzet oxumağa və ya xəbərləri izləməyə ayırmaq beyninizi aktiv saxlayar. Yeni məlumatlar əldə etmək gün ərzində həyata keçirə biləcəyiniz yaxşı vərdişlərdən biridir. Bu mərhələdə izlədiyiniz və ya oxuduğunuz xəbərlər sizə düşünməli olduğunuz yeni mövzular təqdim edəcək və beləliklə beyninizin yeni məlumatlarla məşğul olmasını təmin edəcək.
Kitab oxuyun
Zehni fəaliyyəti artırmağın ən əsas yollarından biri də oxumaqdır. Oxumaq həm də beynin qabiliyyətini artırmaq üçün müxtəlif fürsətlər təqdim edir. Oxumaq sizi həm yeni söz ehtiyatı ilə tanış edir, həm də yaxşı yazılmış cümlələrin ustalığını göstərərək beyninizi intellektual olaraq bəsləyir. Lakin bunlar oxumağın gətirdiyi möcüzələrin yalnız bir hissəsidir.
İstər bədii, istərsə də qeyri-bədii mətnlər, tarix mövzularını əhatə edən kitablar və ya şeir toplusu olsun, kitab oxumaq beyninizin real həyat və ədəbiyyat arasında böyük bir mənzərə yaratması üçün vacib fürsətlər yaradır. Xəyal gücünüz səhifədəki sözlərdən real insanları, yerləri və təcrübələri yaratmağa çalışdıqca beyniniz daxil olan məlumatı emal etmək üçün intensiv şəkildə çalışır.
İşinizi fərqli yollarla yerinə yetirməyə çalışın
İş mühiti yeni təcrübələr qazanmaq üçün olduqca məhsuldar bir yerdir. Hər nə iş görürüksə, ən azı bir dəfə ənənəvi düşüncədən kənara çıxaraq üzləşdiyimiz problemi yaradıcı şəkildə həll etmək və iş yoldaşlarımıza yeni ideyalarla dəstək olmaq şansı əldə etmişik. Hər yeni problem qarşısında stress etmək əvəzinə sakitləşmək və əsas məqsədə çatmaq üçün yeni alternativlər düşünmək faydalı olacaq.
Özünüzə meydan oxuyun
Əzələlərini inkişaf etdirməyə çalışan bir idmançı kimi hər gün zehni bacarıqlarınız üzərində məşq etməli və beyninizi mövcud imkanlarının üst səviyyəsinə qaldırmağa çalışmalısınız. Albert Eynşteyn deyib ki, “İnsanlar asanlıqla əldə edə biləcəkləri hədəflərin ardınca getməməlidir. Böyük səylə belə çətin olan şeylər üçün instinkt inkişaf etdirməlidir”.
Kifayət qədər diqqət və inkişafla beyin bütün insanlığı təəccübləndirəcək nəhəng işlər görə bilər. Özünüzü kiçiltməyin, çünki bunu etdiyiniz halda uğurdan da məhrum olarsınız. Bacarıqlarınıza inandığınız zaman xəyallarınızın da üstündə olanlara çata bilərsiniz.
Zehin məşqləri edin
Bəzi tətbiqlər çox faydalı gündəlik zehin məşqləri təklif edir. “Lumosity” kimi proqramlar neyroplastisliyi artırmaq üçün dizayn olunmuş tapmaca və oyunlarla beyində yeni sinir əlaqələri yaratmağı hədəfləyir. Kaliforniya Berkli Universitetində bir qrup neyroelm mütəxəssisi tərəfindən hazırlanmış bu proqram beyni yeni sahələri kəşf etməyə, məşq etməyə və onlara uyğunlaşmağa məcbur edir.
Hər hansı bir problem qarşısında “5 Niyə” suallarını verin
Problem həll etməyə dair ən standart metodlardan biri “5 Niyə” suallarıdır. Bu üsul qarşıya çıxan problemin kök səbəblərini üzə çıxarmağa imkan verir. Sadə səslə belə sual vermək beynin cavab vermək üçün işləməsini dəstəkləyir. Ona görə də problemlər üzərində narahat olmaq yerinə tezliklə “niyə” suallarını verməyə başlamaq faydalıdır.
Zehninizi təzə saxlamaq üçün texnologiyadan uzaq durun
Texnologiya müasir dünyanın ayrılmaz hissəsidir, amma təəssüf ki, texnologiya asılılığı beynin problem həll etmə, yeni mühitlərə uyğunlaşma və əsas riyazi məsələlərdə etibarlı mənbə olma qabiliyyətini azaldır. Buna görə, məsələn, səyahət edərkən naviqasiya cihazını mümkün qədər az istifadə etməyə çalışa bilərsiniz. Bir neçə cəbr məsələsini kalkulyatorsuz hesablamağa çalışın. Beyninizin xidmətinizdə olmasına imkan verin, çox keçmədən nəticələrini görəcəksiniz.
Yaradıcı qabiliyyətinizi inkişaf etdirin
Uşaq bağçasında çoxumuzun etdiyi barmaq boyama sadəcə əyləncə deyil, eyni zamanda beyni problemləri həll etməyin yeni yollarını tapmağa məcbur edir. İncəsənət yönümlü zehin yeni həllər və təzə ideyalar tapmaq, səmimi bir özgüvən yaratmaq üçün həmişə daha faydalıdır.
Bütün bunları həm şəxsi, həm də peşə həyatında birləşdirmək ən adi insanları belə yenilikçi düşünən və lider ixtiraçıya çevirə bilər. Siz də yaradıcılığı gündəlik rutininizə daxil etməyə çalışın.
Rəsm çəkin
Rəsm çəkmək zehin fəaliyyətini unikal şəkildə stimullaşdıran məşğələlərdəndir və rəssam olmağınız lazım deyil ki, rəsm çəkməyin faydalarından istifadə edin. Əsas əl-göz koordinasiyasını dəstəkləməklə yanaşı, rəsm beynin sinir əlaqələrinə neyrotransmitterlər göndərərək yaşanan anların yadda qalmasına kömək edir. İstər sadə fiqurlar çəkmək, istər peşəkarcasına ətrafınızdakı insanların portretini hazırlamaq olsun, rəsm çəkmək hər kəs üçün son dərəcə faydalı bir zehin məşğələsidir.
Rəngləmə edin
Rəngləmə, rəsm çəkməyin bir davamıdır. Beynin eyni bölgəsini qidalandırır, amma rəsm çəkməkdən fərqli olaraq rəngləmə yeni və fərqli toxumalarla, rənglərlə də beyini stimullaşdırır. Rəssamlar tez-tez ətrafdakılarla yüksək səviyyədə fərqindəlik içində olurlar, çünki rəsm çəkmək insana dünyadakı ən kiçik detalları belə görməyi öyrədir. Beyni bu şəkildə fokuslamaq isə yüksək səviyyəli fərqindəlik yaradır.
Nəticə olaraq, bu metodlarla siz idrak qabiliyyətlərinizi artıraraq həm gündəlik, həm də peşə həyatınızda daha uğurlu və yaradıcı ola bilərsiniz.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 İyul 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see146

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see125

Rusiya yenidən kiberhücumlarda ittiham olunur...

13 Avqust 2025 22:17see123

Pezeşkian Netanyahunun cavabını verdi “Bu, sadəcə illüziyadır”

13 Avqust 2025 22:08see122

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see121

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see120

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see120

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see118

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see118

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see118

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see118

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see117

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see114

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see113

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see113

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see111

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see110

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see110

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri