Icma.az
close
up
RU
Daha bir “Barselona” əfsanəsi futboldan getməyə qərar verdi

Daha bir “Barselona” əfsanəsi futboldan getməyə qərar verdi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Barselona”nın əfsanəvi heyətində yer alan futbolçular bir-birinin ardınca səhnədən çəkilir.

"Football-plus.az" xəbər verir ki, hazırda “İnter Mayami”nin şərəfini qoruyan Xordi Alba karyerasını bitirdiyini elan edib.
36 yaşlı futbolçu bu qərarı sosial şəbəkə hesabında açıqlayıb, videomüraciət yayıb:

“Hər kəsə salam. Həyatımdakı vacib mərhələni bitirməyin vaxtı gəlib çatdı. Bu mövsümün sonunda peşəkar futbolçu karyeramı bitirməyə qərar verdim. Bunu tam əminliklə, məmnunluq və xoşbəxtlik hissi ilə edirəm. Hiss edirəm ki, bütün bu yolu ehtirasla keçmişəm, indi isə həyatımda yeni fəslə başlamağın əsl vaxtıdı. Əvvəlki fəsli ən xoş duyğularla bitirirəm. Futbol mənim üçün hər şeydi. Bütün komanda yoldaşlarıma, məşqçilərə, klub əməkdaşlarına və məni tam gücümü sərf etməyə məcbur edən rəqiblərə “sağ ol” deyirəm. Həyatımı formalaşdıran klublara ayrıca təşəkkür etmək istəyirəm. Hər şeyin başladığı “Atletiko Sentro Ospitalitet”ə, mənə özünəinam bəxş edən, böyüməyimə imkan verən “Kornelya”ya, peşəkar komandanın paltardəyişmə otağında həyatın necə olduğunu öyrəndiyim, möhtəşəm komanda yoldaşlarımın yanında böyüdüyüm “Ximnastik”ə, arzumu gerçəkləşdirəməyə - yüksək divizionda debüt etməyə imkan yaradan “Valensiya”ya. Bütün həyatımın klubuna – “Barselona”ya təşəkkür edirəm. Bu klubda karyeramın zirvəsinə yüksəldim, unudulmaz onillik yaşadım, bütün mümkün titulları qazandım. Bu futbolkanı daşıdığıma, tarixinin bir hissəsi olduğuma görə qürur duyuram. Və nəhayət, “İnter Mayami”. Qapılarınızı üzümə açdığınıza, sevgi ilə məni qarşıladığınıza, bu səyahətin sonunda hər andan ləzzət almaq imkanı yaratdığınıza görə sağ olun. Bu gün bu fəsli bitirirəm. Hər şeyimi verdiyimi bilirəm. Futbol həmişə həyatımın ayrılmaz hissəsi olub və olacaq. Sağ ol, futbol. Çox şeyə görə sağ ol”.

“Barselona” artıq sabiq futbolçusunun videomüraciətinə reaksiya verib. Kataloniya klubunun sosial şəbəkə hesablarında belə paylaşım yer alıb:

“Tayı-bərabəri olmayan cinah müdafiəçisi. Adını “Barselona” tarixinə yazdın. Sağ ol, Jordi”.


Xatırladaq ki, Alba 1998-2005-ci illər aralığında “Barselona”da yetişib, 2012-ci ildən 2023-cü ilə qədər bu klubun əsas komandasında oynayıb. Müdafiəçi “blauqrana”nın heyətində 6 dəfə İspaniya çempionu olub, 5 dəfə ölkə kubokunu, 4 dəfə Superkuboku qazanıb, həmçinin Çempionlar Liqasının, Avropa Superkubokunun və klublararası dünya çempionatının qalibidi.
Yığma karyerası da möhtəşəm alınıb. 93 oyun keçirdiyi komanda ilə AÇ-2012-ni və 2023-cü ildə Millətlər Liqasını qazanıb.
Beləliklə, 2015-ci ildə Çempionlar Liqasını qazanan əfsanəvi komandadan yaşıl meydanda çıxışını davam etdirən lap az futbolçu qaldı. Alba da həmin komandada idi.
2015-ci ildə “Yuventus”a qarşı ÇL-in finalında oynayanlar indi
mövqe ad-soyad 2025-ci ildəki statusu

qapıçı Mark-Andre ter Ştegen 33 yaş, “Barselona”da oynayır
müdafiəçi Xordi Alba 36 yaş, “İnter Mayami”də oynayır, mövsümün sonunda bitirəcək
müdafiəçi Jerar Pike 38 yaş, 2022-də bitirib
müdafiəçi Xavyer Masçerano 41 yaş, 2020-də bitirib, “İnter Mayami”də məşqçidi
müdafiəçi Dani Alves 42 yaş, cinayət işi üzündən 2023-də bitirib
yarımmüdafiəçi Serxio Buskets 37 yaş, “İnter Mayami”də oynayır, mövsümün sonunda bitirəcək
yarımmüdafiəçi İvan Rakitiç 37 yaş, 2025-də bitirib
yarımmüdafiəçi Andres İnsyesta 41 yaş, 2024-də bitirib
yarımmüdafiəçi Jeremi Marye 41 yaş, 2020-də bitirib
yarımmüdafiəçi Xavi 45 yaş, 2019-da bitirib, sonradan “Barsa”nı çalışdırıb
hücumçu Neymar 33 yaş, “Santos”da oynayır
hücumçu Luis Suares 38 yaş, “İnter Mayami”də oynayır
hücumçu Lionel Messi 38 yaş, “İnter Mayami”də oynayır
hücumçu Pedro 38 yaş, “Latsio”da oynayır
Təəssüf ki, onda “Barselona”nın formasını geyən oyunçuların əksəri artıq karyerasını bitirib. Bitirməyənlərin də yaşı elədi ki, futbol təqaüdünə çıxmağın astanasındadılar. Bir neçə mövsüm sonra həmin əfsanəvi komanda tam tərkibdə dincələcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri