Daha bir cüdoçumuz fəxri kürsüdə
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında Azərbaycan milli komandası daha bir medal qazanıb.
İdman.biz xəbər verir ki, Məhəmməd Ağakişiyev (73 kq) uğurlu çıxışı ilə fərqlənib.
Cüdoçumuz bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Aleynikova qızıl xalla qalib gələrək fəxri kürsüdə yer almağı bacarıb.
Qeyd edək ki, EYOF-2025-də daha əvvəl Azərbaycan cüdoçularından Gülşən Hüseynova (44 kq), Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq) qızıl, Nuranə Hacızadə (48 kq), Zeyd Ələsgərov (60 kq) gümüş və Aysun Məmmədova (52 kq) bürünc medal qazanıb. 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medala malik yığmamız ümumi komanda hesabında liderliyini qoruyur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 İyul 2025 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















