Icma.az
close
up
RU
Daha bir kənd içməli su ilə təmin olunub

Daha bir kənd içməli su ilə təmin olunub

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Masallı rayonunun Bala Təklə kəndinə fasiləsiz içməli su verilib.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Masallı rayonunun Bala Təklə kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, ADSEA-nın tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd olunub ki, Masallı rayonu, Bala Təklə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə Qəriblər–Masallı su kəmərinin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud su şəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni su xətləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatı sisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Layihə çərçivəsində Bala Təklə kəndində 635 nəfər əhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təmin olunub.

Masallı şəhərinin içməli su təchizatı Viləşçay su anbarından götürülərək sutəmizləyici qurğular kompleksi vasitəsilə həyata keçirilir. Şəhərin su təchizatı sisteminə layihə məhsuldarlığı sutkada 22 000 m³ olan 1 ədəd sutəmizləyici qurğular kompleksi, 7,2 km magistral xətt, 218 km daxili paylayıcı şəbəkə, hər biri 2 500 m³ tutuma malik 2 su anbarı, 2 ədəd su nasos stansiyası daxildir. Eyni zamanda, layihə məhsuldarlığı sutkada 7 500 m³ olan 1 ədəd tullantı su təmizləyici qurğu, 6 ədəd çirkab su nasos stansiyası və 217 km kanalizasiya şəbəkəsi istismar olunur.

Masallı şəhərində abonentlərin sayı 7 362, kəndlər üzrə isə 1 727 olmaqla ümumilikdə rayon üzrə 9 089 abonentə xidmət göstərilir. Hazırda Masallı rayonu üzrə 2 kənd şəbəkə sistemi, 6 kənd isə bulaq sistemli şəbəkə vasitəsilə olmaqla ümumilikdə 8 yaşayış məntəqəsi içməli su ilə təmin olunur.

Qeyd edək ki, 2026-cı il ərzində layihənin davamı olaraq Kürdəbazlı və digər kəndlərdə su şəbəkəsinin tikintisi və sayğacların quraşdırılması işlərinin icrası planlaşdırılır.

Sonda Bala Təklə kəndinin ağsaqqalları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Yanvar 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri