Icma.az
close
up
RU
Daha bir kənddə içməli su təchizatı yaxşılaşdırılıb

Daha bir kənddə içməli su təchizatı yaxşılaşdırılıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) daha bir kənddə içməli su təchizatı layihəsi həyata keçirib.

Bu barədə "APA-Economics"ə ADSEA-dan bildirilib.

Məlumata görə, Siyəzən rayonunun Orta Həmyə kəndi fasiləsiz içməli su ilə təmin olunub.

ADSEA sədri Zaur Mikayılovun tapşırığına əsasən, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq Siyəzən rayonu, Orta Həmyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.

Kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd edilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin edilməsidir.

Məlumat verilib ki, Siyəzən rayonunun Orta Həmyə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 km olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə Orta Həmyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.

Hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 2025–2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı, tullantı su təmizləyici qurğularında təmir-bərpa işlərinin aparılması və suyun zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Noyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see352

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see299

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see253

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see250

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see195

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see172

Operativ məlumat: Sahələrdən 2 milyon taxıl yığılıb

09 İyul 2026 15:40see170

Mars Fantastik hekayə

09 İyul 2026 19:11see170

“Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı Fotolar

09 İyul 2026 11:40see167

Məktəbli formalarının qiyməti bahalaşacaq? Açıqlama

09 İyul 2026 13:46see155

Çelsi 19 yaşlı portuqaliyalını transfer etdi

09 İyul 2026 08:21see152

Əvəzedicilər Liqası: II turun başlama vaxtı bilindi

10 İyul 2026 23:02see151

Ərdoğan Livanın Baş nazirini qəbul etdi

11 İyul 2026 02:36see150

Belçikada ölənləri sayı rekord həddə çatdı

10 İyul 2026 03:42see149

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see149

MİQ üzrə test imtahanlarının tarixləri ELAN EDİLDİ CƏDVƏL

09 İyul 2026 20:59see148

Dronların hava məkanından istifadəsi nəzarətə GÖTÜRÜLÜR

10 İyul 2026 18:26see147

Alla Puqaçovadan ŞOK ADDIM Mayamidəki villasına 1 dollar qiymət qoydu...

11 İyul 2026 02:05see146

Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı

10 İyul 2026 02:50see145

Ərdoğan Türkiyənin F 35 qırıcı təyyarələrinin istehsalı proqramına qayıdacağına əmindir

10 İyul 2026 00:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri