Icma.az
close
up
RU
ADSEA daha bir kənddə içməli su təchizatı layihəsi həyata keçirdi (FOTO)

ADSEA daha bir kənddə içməli su təchizatı layihəsi həyata keçirdi (FOTO)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun tapşırığına əsasən, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu işlərin davamı olaraq Siyəzən rayonu,  Orta Həmyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.

Kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd edilib ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə təmin edilməsidir.

Məlumat verilib ki, Siyəzən rayonunun Orta Həmyə kəndində mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 km olan su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə Orta Həmyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.

Hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. 2025–2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması planlaşdırılır. Bununla yanaşı, tullantı su təmizləyici qurğularında təmir-bərpa işlərinin aparılması və suyun zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə tutulur.

Orta Həmyə kəndinin ağsaqqalları, şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər, layihənin icrasında əməyi olan hər kəsə və bu sahədə çalışan əməkdaşlara təşəkkür

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri