Icma.az
close
up
RU
Daha bir klub hakimlikdən narazılıq edir Ölüm matçı nın təkrarı idi

Daha bir klub hakimlikdən narazılıq edir Ölüm matçı nın təkrarı idi

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Difai"nin prezidenti Asəf Məlikov Sportinfo.az-ın redaksiyasına məktub yollayıb.

I Liqada mübarizə aparan klubun rəhbəri 23-cü turda "Qaradağ Lökbatan"la keçirilmiş matçın idarəçiliyindən öz narazılığını burada açıq formada bildirib.

Belə ki, o, Fərid Hacıyevin başçılıq etdiyi hakimlər briqadasının və hakim-inspektor Ömər Paşayevin hərəkətlərini maraqlı bənzətmə ilə ifadə edib.
Həmin məktubu oxucularımızın diqqətinə çatdırırıq:

24.04.2025-ci il tarixində Lökbatan Olimpiya Kompleksinin stadionunda tarix təkrarlandı. Hansı tarix? Bir çoxlarına SSRİ dövründən yaxşı tanış olan - 09 avqust 1942-ci il...

Ukrayna. Kiyevin «Zenit» stadionu. Əsirlikdə olan «Dinamo»nun oyunçuları ilə işğalçı alman zabitləri arasında keçirilmiş "Ölüm matçı".

24 aprel tarixindəki matç ilə 83 il əvvəl keçirilmiş oyun arasında 3 fərq var idi:

Əsirlikdə olanlar yox, torpaqları işğaldan azad edən qazilərin komandası oynayırdı.

Hakimlər «fədailər»i uduzdura bildilər

Matçdan sonra «fədailər» güllələnmədi.

Amma oyun vaxtı futbol adına yaraşmayan hər şey var idi. İkirnci hissə tam "Ölüm matçı"nın təkrarı idi.

Əks-hücuma çıxan Muhammed Alfanın qarşısının alınmasından, Kristian Kamta, Emin Qulyzadə və Seymur Əliyevə dəfələrlə dirsək zərbələrindən tutmuş, ta açıq ayaqla vurmaqlar, ayaq taplamaqlar..

Başda Fərid Hacıyev olmaqla, 4 zat hakimliyə yox, əzilən, vurulan «fədailər»ə, məşqçilərinə irad bildirdikdə, "göz ağartmağa", sarı kart göstərməyə gəlmişdi.

Aydın Qasımov hakimi təhqir etmədi, qışqırmadı, sadəcə, qayda pozuntularını görməzdən gəlməsinin səbəbini soruşdu. Və buna görə «sarı» aldı.

Ən acınacaqlısı odur ki, oyunun hakim-inspektoru Ömər Paşayev Aydın Qasımovun matçdan sonrakı etirazına "bir epizod nə dəyişir?" cavabını verdi.

Vaxtilə Premyer Liqada oynamış Qasımov ona "çox şeyi və hətta hər şeyi" söylədi. Hakimliyə gəlməmişdən öncə modellik etmiş, futbol ilə hər hansı "bir" əlaqəsindən (uşaq yaşlarında məhlədə oynadığı "futbol" istisna) məlumatımız olmayan, Elxan Məmmədovun qoyub getdiyi "paz"lardan sayılan "bir" şəxs bunu haradan bilsin, ay.Aydın Qasımov? Biz də öz növbəmizdə Ömər Paşayeva cavab vermək istəyirik.

Paşayev, bir epizod? Əgər matçboyu davam edən Lökbatan təmsilçisi tərəfindən amerikan futbolu, "Ölüm matçı"ndakı kimi üzə, boyuna, ayağa endirilən zərbələr, əks-hücuma çıxarkən foullar, açıq ayaqla oyun, əl ilə, hətta cərimə meydançasında belə, topu saxlamalar, topa gedən oyunçunu tutaraq yıxmalar və bunların heç "bir"ində sarı vərəqələrin göstərilməməsi, cərimə baş verdikdə deyil, «Difai»nin futbolçuları topu alıb əks-hücuma çıxmaq istərkən oyunu saxlatdırıb, cərimə təyin etmələr "bir" epizoddur?

Ya Ömər bəy oyunu tam deyil, epizodik izləyib, ya da hər epizod onun üçün "bir" anlamını daşıyır. Belə ki, yeni dil açan uşaq saymağı öyrənəndə onun üçün hər şey "bir"dir. Hər "bir"dən sonra yenə "bir" gəlir....

Ömər bəy, sizinki hansı "bir"dir? Özünüz seçin. Bütün deyilənlər "bir" yana, sizin sualınıza cavab olaraq bildirmək istəyirik ki, futbolda "bir" epizod çox şeyi dəyişir.

"Bir" çox şeyə qadirdir. Çünkü sayların başlanğıcıdır. Əgər oyuna təyin etdiyiniz hakimlər hər "bir" epizoda düzgün qiymət versəydilər, nəticə başqa olacaqdı.

Sizin inancınıza biz qarışa bilmərik. Nə sizin, nə də hakimlərin kimə və nəyə inandığını, kimə və nəyə sitayiş etdiyinizi bilmirik. Yalnız "bir" şey deyə bilərik ki, xəstə olan kəs "bir" dərmanını qəbul etməsə, fəsadları ağır ola bilər.

Allah bizləri fitnə-fəsadlardan və nadanlardan qorusun. Heç bir xəstəni də o "bir" dərmansız saxlamasın.

Əgər zabit olmasaydım, döyüş meydanından çıxmasaydım, komanda qazilərimizi təmsil etmək kimi bir missiyanı daşımasaydı, çempionatdakı çıxışımızı dayandırardıq.

Lakin cənab Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, biz işimizi görməklə məşğul olmalıyıq. Ermənilərin qondarma "soyqırım" tarixində bizə qarşı bu hərəkətlərin yalnız futbol ilə əlaqəsinin olmasını düşünmürəm.

Eçmiədzin kilsəsində "Difai" təşkilatının üzvlərinin adları ermənilərin düşməni kimi qeyd edilib. Bu oyunda "fədailər"ə qarşı olan hərəkətlər isə kiməsə xoş gəlmək üçün,

Mən bunu "Difai"dən qisas almaq kimi qiymətləndirirəm. Açığı, bu yalnız "Qaradağ Lökbatan" üçün deyildi".

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri