“Daha böyük müharibəyə doğru gedirik” Hakan Fidan
Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ–İsrail və İran arasında davam edən münaqişə ilə bağlı kəskin bəyanatla çıxış edib.
Nazir bildirib ki, bu qarşıdurma Benyamin Netanyahunun "müharibəsidir” və bu mənasız müharibə mümkün qədər tez dayandırılmalıdır.
Fidan bu fikirləri Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində çıxışı zamanı səsləndirib. O vurğulayıb ki, Türkiyə münaqişənin dayandırılması üçün bütün diplomatik vasitələri səfərbər edib.
Nazir regionda vəziyyətin getdikcə daha da gərginləşdiyini qeyd edərək xəbərdarlıq edib ki, “dünya daha böyük müharibəyə doğru gedir”. Onun sözlərinə görə, hazırda etibarlı və düzgün məlumatın rolu daha da artıb və Türkiyə bölgəni genişmiqyaslı qarşıdurmaya sürükləyə biləcək hər cür addıma qarşıdır.
Fidan çıxışında bir daha qeyd edib ki, davam edən müharibə heç bir məna daşımır və dərhal başa çatmalıdır.
Nazir həmçinin Yaxın Şərqdə baş verən münaqişənin qlobal təsirlərinə diqqət çəkib. Onun sözlərinə görə, bu müharibənin ağır nəticələrini təkcə region ölkələri deyil, bütün dünya ödəyir. Fidan əlavə edib ki, artıq ictimai rəy əvvəlki kimi manipulyasiya oluna bilmir, planlı təbliğat mexanizmləri effektivliyini itirib və “ortaq vicdanın” susdurulması mümkün deyil.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 28 Mart 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















