Daha iki bələdiyyə başçısı həbs edildi
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Bəylikdüzü Bələdiyyəsinin başqanı Mehmet Murad Çalık korrupsiya, Şişli Bələdiyyəsinin başçısı Rəsul Əmrah Şahan isə terrora görə həbs edilib.
Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə sülh cəza məhkəməsi qərar verib.
Qeyd edilib ki, terror istintaqı çərçivəsində Rəsul Əmrah Şahanla birgə İBB baş katibinin müavini Mahir Polad və İslahat İnstitutunun direktoru Mehmet Əli Çalışkan barəsində də həbs qərarı çıxarılıb.
Həbs edilənlərin vəkilləri qərarın ədalətsiz olduğunu və apellyasiya şikayəti verəcəklərini bildiriblər.
Qeyd edək ki, bundan öncə İBB başqanı Ə.İmamoğlu iki ittihamdan biri - korrupsiya ittihamı ilə həbs edilib, terror ittihamı ilə bağlı isə həbsindən imtina edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 23 Mart 2025 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















