Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Daha iki münaqişə həllini gözləyir...

Daha iki münaqişə həllini gözləyir...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Trampın səyləri nəticə verəcəkmi?

ABŞ Prezidenti Donald Tramp növbəti diplomatik uğura imza atmağa hazırlaşır. Qlobal sülh təşəbbüskarı kimi çıxış edən Ağ Evin rəhbəri Qəzzada münaqişəni bitirdikdən sonra diqqətini Tailand ilə Kamboca arasında ərazi mübahisələrin və ikitərəfli münasibətlərdəki problemlərin həllinə, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına yönəldib - demək olar ki, o, uğurlarının ardı-ardınca bu istiqamətdə səylərini daha da artırıb. Xüsusilə qeyd etmək lazımdır ki, İsrail ilə Suriya, İsrail ilə Livan, Pakistan ilə Hindistan, Azərbaycan ilə Ermənistan və İsrail ilə Fələstinin ikinci böyük hərbi-siyasi rəhbərliyi  - HƏMAS arasında sülh və sabitliyin bərqərar olunmasına yönələn sazişlərin imzalanmasına nail olan ABŞ-ın dövlət rəhbəri dünyanın digər bölgələrində hələ də mövcud olan münaqişələrin həlli, ən əsası da qlobal təhlükəsizliyin təminatı istiqamətində aktiv rol oynamaqda qərarlıdır. Belə ki, Donald Tramp iki gün bundan öncə Misirin Şarm əl-Şeyx şəhərindən Vaşinqtona qayıdarkən təyyarəsində jurnalistlərə açıqlamasında oktyabrın 17-də Ukrayna lideri Volodimir Zelenskini Ağ Evdə qəbul etmək niyyətini təsdiqləyib. Böyük ehtimalla, bu görüş baş tutacaq. Zelenski ilə görüşdən sonra Tramp Tailand və Kamboca arasında sülh sazişinin imzalanmasına kömək etmək üçün oktyabrın 26-da Malayziyaya səfər edəcək. Saziş Malaziyanın paytaxtı Kuala-Lumpurda oktyabrın 26-dan 28-dək keçiriləcək Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası liderlərinin görüşü zamanı imzalanacaq.

Tailand ilə Kamboca arasında qarşıdurma necə başlayıb?

Qeyd edək ki, bu ilin iyul ayının sonlarında Tailand və Kamboca arasında son on ilin ən gərgin hərbi toqquşmaları baş vermişdi. Toqquşma zamanı hər iki tərəfin bir-birinin sərhəd ərazilərini ağır artilleriya ilə atəşə tutması nəticəsində ən azı 16 nəfər həlak olmuşdu, on minlərlə insan isə evlərini tərk etmək məcburiyyətində qalmışdı. Gərginlik hər iki ölkənin sərhədində yerləşən Ta Moan Thom məbədi və bu məbədin ətrafında olan ərazilər üzərində illərlə davam edən mübahisədən qaynaqlanır. Münaqişənin kökləri 1907-ci ilə, Fransa tərəfindən çəkilmiş sərhəd xəritəsinə dayanır. Həmin vaxt Kamboca Fransa müstəmləkəsi idi və sərhədin təbii suayırıcı xəttlə müəyyən olunması razılaşdırılmışdı. Lakin Tailand sonradan bu xəritənin legitimliyini qəbul etmədi və 817 kilometrlik sərhədin bir neçə hissəsində mübahisəli ərazilər formalaşdı.1962-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ta Moan Thom məbədinin Kambocaya məxsus olduğunu təsdiqlədi. Lakin bu qərar məbədin ətrafındakı torpaqların statusunu aydınlaşdırmırdı. 2008-ci ildə Kamboca məbədi UNESCO-nun Dünya İrsi Siyahısına salmağa çalışdıqda gərginlik yenidən alovlandı. Həmin dövrdən bəri tərəflər arasında dəfələrlə toqquşmalar baş verib. 2024-cü ilin sonunda və 2025-ci ilin əvvəllərində baş verən bəzi hadisələr vəziyyəti daha da gərginləşdirdi. Mayın 28-də sərhəddə hər iki tərəfin bir-birinin mövqelərinə atəşə tutması ilə başlayan gərginlik iyul ayında sərhəd boyunca şiddətli toqquşmalara çevrildi. Lakin Malayziyanın Baş naziri Ənvər İbrahimin vasitəçiliyi və Prezident Donald Trampın təzyiqləri nəticəsində Tailand və Kamboca atəşi dayandırdı və aralarındakı problemi həll etmək üçün danışıqlar masası arxasına oturmağa razı oldular. 

Münaqişənin dayanması sual altındadır

Dörd ay davam edən danışıqlarda, nəhayət Tailand və Kamboca hökuməti iki ölkənin sərhədində mübahisəli ərazilərin həllinə dair bəzi məsələlərdə razılığa gəldilər. Razılaşmaya görə, hər iki tərəf sərhəd ərazidə öz mövqelərində heç bir ağır silah yerləşdirməyəcək, iki tərəfin əsgərləri əraziləri minalardan təmizlənməyə cəlb olunacaq, mübahisələri dialoq çərçivəsində həll edəcək və hər iki ölkə transmilli cinayətlərə qarşı birgə mübazirə aparacaqlar. Bu razılaşma fonunda Tailand və Kambocanın dövlət rəhbərlərinin oktyabrın 26-28 - də Kuala-Lumpurda baş tutacaq Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının konfransında sülh sazişi imzalayacağı gözlənilir. Təbii ki, belə bir razılaşmanın əldə olunmasında Trampın əhəmiyyətli rolu danılmazdır. Məhz Trampın dəstəyi ilə Tailand və Kamboca arasında dörd ay ərzində danışıqlar baş tutub. Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki,  Trampın Tailand-Kamboca münaqişəsinin nizamlanması prosesində də təşəbbüsü nəticə göstərib.  “Uzun müddətdir ki, Tailand və Kamboca arasında münaqişə davam edir. İndiyə qədər bu münaqişənin həlli istiqamətində qlobal səviyyədə heç bir ciddi addım atılmayıb. Yalnız ABŞ Prezidenti Donald Tramp münaqişənin nizamlanmasına mühüm töfhə verib. Trampın təşəbbüsü ilə Kuala-Lumpurda iki tərəf arasında sülh və atəşkəs sazişi imzalanacaq. Lakin əsas məsələ burasındadır ki, Tailand və Kamboca arasındakı münaqişənin yaxın zamanda tam sona çatması inandırıcı görünmür. Həm Tailand, həm də Kambocanın bu münaqişədə öz maraqları var və hər iki tərəfin öz maraqlarını bir kənara qoyub ortaq maraqlardan çıxış etməsi sual altındadır. Atəşkəsin uzudmüddətli və ya daimi olacağı qeyri-müəyyəndir. İlkin dövrlərdə atəşkəsə riayət oluna bilər, amma sonrakı dövrlərdə nə baş verəcək, bunu yalnız gələcək göstərəcək. Bu məsələdə xüsusi bir məqamı da diqqətdən qaçırmaq olmaz - üçüncü qüvvələr də bu atəşkəsi pozmağa cəhd edə bilər”.

Növbəti hədəf Rusiya-Ukrayna müharibəsi - Tramp təzyiqlərə əl atacaq?

“Tramp Ağ Evə qayıtdıqdan bəri Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmaq və atəşkəsi təmin etmək üçün bir çox addımlar atıb. Amma onun addımları heç bir ciddi nəticə verməyib. Tramp Zelenski ilə görüşlər keçirə bilər, amma əsas problem budur ki, həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masası arxasına otuzdurmaq o qədər də asan məsələ deyil. Nə Zelenski, nə də Putin bir masa arxasına oturmaq istəmir. Tramp bu məsələdə hər iki ölkənin liderini razı sala bilməyib. Sözsüz ki, əgər Tramp Ukraynada müharibəni dayandırmaq istəyirsə, Rusiyaya təzyiq etməlidir. Lakin Tramp buna tələsmir və hələ ki, vəziyyətin gedişatını izləyib səbrlə davranmağa və Kremlin hərəkətlərinə dözümlü münasibət sərgiləməyə üstünlük verir. Amma bu, o qədər də çox davam etməyəcək. Vaşinqtonun səbri tükənəcək və Ukraynaya hərbi dəstəyi daha da artıracaq” - deyə S.Hümbətov vurğulayıb.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Oktyabr 2025 09:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see725

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see689

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see688

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see519

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see487

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see484

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see417

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see369

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see360

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see359

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see352

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see348

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see341

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see340

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see332

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see330

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see321

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see310
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri