Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb AZƏRTAC
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının müxtəlif statuslu seçki subyektlərini əhatə edən layihələri ardıcıl və sistemli şəkildə davam edir.
Komissiyanın genişmiqyaslı maarifləndirmə proqramı çərçivəsində yanvarın 21-dən etibarən daha bir layihəyə - dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara start verilib.
AZƏRTAC xəbər verir ki, layihənin başlıca məqsədi dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) mütəmadi olaraq təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, Sistemin proqram təminatları ilə birbaşa və praktiki istifadəni təmin etmək, habelə iştirakçıları maraqlandıran məsələləri əyani şəkildə izah etməkdir.
Seminarlarda informasiya texnologiyaları üzrə mütəxəssislər bələdiyyə seçkiləri günü seçicilərin fəallığı və səsvermənin nəticələrinə dair protokol məlumatlarının birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülməsi üçün xüsusi proqram təminatından istifadə etməklə, praktiki məşğələlərlə test rejimində işləyəcəklər. Bu, həm onların praktiki biliklərinin daha da artırılmasına, peşəkar vərdişlərinin və təcrübələrinin yüksəlməsinə, həm də seçki günü DAİS sistemindən dəqiq, operativ və rahat istifadə olunmasına imkan yaradacaq.
Dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarların 2 gün davam etməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 21 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















