Icma.az
close
up
RU
“Dallas”ın kuboku qazanmaq şansı 64,5 faizdi

“Dallas”ın kuboku qazanmaq şansı 64,5 faizdi

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mayın 20-dən 21-nə keçən gecə MHL-də konfrans finalları start götürdü. Xəbər verdiyimiz kimi, Qərb konfransının qalibi “Dallas” – “Edmonton”, Şərq konfransının qalibi isə “Karolina” – “Florida” seriyasında müəyyənləşəcək. İlk seriyada “Dallas” öndədi, ikincidə hesab bərabərdi.
Arxada qalan oyunlarla bağlı bəzi maraqlı məqamlar var. “Dallas” “Edmonton”la oyunun 2-ci periodundan sonra hesabda 1:3 geridə olsa da, 3-cü periodda inanılmazı bacardı, 5 cavabsız qol vurdu. Belə hadisə indiyə qədər Stenli kubokunun tarixində üç dəfə olmuşdu və 21-ci əsrdə təkrarlanmamışdı.
Maraqlıdı, bəs 21-ci əsrdə belə qəhrəmanlığı hansı komandalar bacarıb? “Cığıraçan” rolunu 1971-ci il aprelin 8-də “Boston”la oyunda geridönüş edən (7:5) “Monreal” oynayıb. 1982-ci aprelin 10-da keçirilən “Edmonton”la oyunda (6:5) “Los-Anceles”, 1984-cü il aprelin 28-də “Minnesota Nort Starz” ilə oyunda (8:5) isə “Edmonton” eyni qəhrəmanlığı bacarıb. Bütün bu hallarda 2-ci perioddan sonra geridə olan komandalar 3-cü periodda 5 cavabsız qol vurub. Onu da xatırladaq ki, 1967-ci ildə yaradılan “Minnesota Nort Starz” MHL-də çıxıb edib, hətta 1981 və 1991-ci ildərdə Stenli kubokunun finalına çıxıb. 1993-cü ildə Dallasa köçən klub “Dallas Staaz” adlanmağa başlayıb.
“Karolina” – “Florida” seriyası ilə bağlı da maraqlı məqam var. Bu oyunda 5:2 hesabıyla qalib gələn “Florida” cari pley-offun 8-ci səfər oyununda qol sayını 38-ə çatdırdı. “Panterz” “Kolorado”nun 2021/22 mövsümündə pley-offun 8 səfər oyunu üçün müəyyənləşdirdiyi məhsuldarlıq rekordunu təkrarladı.
İndi isə mübarizəni davam etdirən 4 komandanın Stenli kubokunu qazanmaq şansına toxunaq. “The Atletic” nəşrindən olan həmkarlarımız mövsümün qalibi ilə bağlı dəyərləndirmə aparıb. Onların fikrincə, “Dallas” – “Edmonton” seriyasında “ulduzlar”ın qələbə şansı 77,4 faizdi. O da qeyd olunur ki, bu seriyada, çox güman, mümkün 7 oyunun hamısı keçiriləcək. “Karolina” – “Florida” duelinə gəlincə, burda “pələnglər”in qələbə ehtimalı 61,2 faizlə dəyərləndirilir. Adı çəkilən nəşr bu seriyanın ən azı 6 oyuna qədər davam edəcəyini düşünür. Bəs Stenli kubokunu qazanmağa əsas namizəd kimdi? “The Atletic” “Dallas”ı (64,5 faiz) 1-ci yerdə göstərir. “Edmonton”un kuboku qazanmaq ehtimalı 22,6 faizdi. “Florida” ilə “Karolina”nın şansı (6,5) bərabərdi.
Bu arada “Toronto” rəsmi saytı vasitəsi ilə Brendan Şenahenin klub prezidenti postundan getdiyini elan edib. Klubun sahibləri 56 yaşlı kanadalı ilə müqavilə müddətini uzatmağı lazım bilməyib. Şenahen 2014-cü ilin yazından bəri “Toronto”nun prezidenti idi. Komanda bu müddətdə 9 dəfə MHL-in pley-offuna çıxıb və bir dəfə də 2-ci mərhələdən uzağa gedə bilməyib. “Toronto” mayın 19-da “Florida”ya seriyanın 7-ci oyununda uduzmaqla (1:6) Stenli kubokunda mübarizəni dayandırıb.
21 may
Karolina – Florida  2:5 (1:2, 0:1, 1:2)
Seriyada hesab – 0:1.
22 may
Dallas – Edmonton 6:3 (1:1, 0:2, 5:0)
Seriyada hesab – 1:0.
23 may
Karolina – Florida 0:5 (0:3, 0:1, 0:1)
Seriyada hesab – 0:2.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 May 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri