Icma.az
close
up
RU
Damarları təmizləyən TƏBİİ VASİTƏLƏR. 7 faydalı resept

Damarları təmizləyən TƏBİİ VASİTƏLƏR. 7 faydalı resept

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sağlam insanın damarları təmiz və elastikdir. Belə sağlam damarlar vasitəsilə insanın bütün orqan və sistemləri lazım olan miqdarlarda oksigen və qidalı maddələr alır.

Lakin müxtəlif səbəblərə görə insanın damarlarında artıq xolesterin yığıla bilər ki, bunun nəticəsində damarlar daralır, öz elastikliyini itirir. Bu pozulma "ateroskleroz" adlandırılır. Ateroskleroz müxtəlif orqanların qanla təchizatını pozur ki, bunun nəticəsində müxtəlif orqan və sistemlər lazım olan miqdarda oksigen və qidalı maddələr almır və onlarda müxtəlif pozulmalar inkişaf edir. Ən ağır belə pozulmaların arasında infarkt və insult kimi pozulmaları qeyd etmək olar.

Damarları daim sağlam saxlamaq istəyirsinizsə, düzgün və sağlam qidalanın, ziyanlı vərdişlərdən imtina edin, hərəkətli olun, daim bədən tərbiyyəsi və idmanla məşğul olun.

Bəzi xalq təbabəti vasitələri damarların vəziyyətinin yaxşılaşmasına, damarların təmizlənməsinə kömək edir. Saglamolun.az sizə belə vasitələri təqdim edir:

1. Sarımsaq və limon. Sarımsaq çox güclü antisklerotik təsirinə malikdir, limonda olan C vitamini damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir.

4 təmizlənmiş baş sarımsaq və 4 limon (qabığı ilə) blenderdə əzin. Alınmış kütləni yaxşı qarışdırın və 3 l-lik bankaya qoyub üzərinə banka dolana kimi ilıq su əlavə edin. Bankanı ev temperaturunda 3 gün ərzində saxlayın (tez-tez qarışdırın). Daha sonra dərmanı yaxşı süzün və soyuducuda saxlayın. Dərmanı gündə 3 dəfə 100 ml olmaqla için. Müalicə kursu - 1 ay. Dərman qurtarana yaxın təzə porsiya hazırlayın.

2. Qıtığotu kökü ("xren") çox təsirli antisklerotik vasitədir. 100 qr qıtığotu kokü sürtgəcin xırda gözündən keçirilir, üzərinə 1/2 l qaynar su əlavə olunur, 10 dəqiqə ərzində vam odda qaynadılır, soyuduqdan sonra yaxşı süzülür, 1 limonun şirəsi əlavə olunur və gün ərzində xırda qurtumlarla içilir.

3. C vitamini və efir yağları ilə zəngin olan iynəyarpaq (şam ağacı, ağ şam ağacı, küknar və s.) qanı və damarları çox yaxşı təmizləyir. İynəyarpaq qışda xeyirli maddələrlə xüsusilə zəngin olur.

5 xörək qaşığı xırdalanmış iynəyarpağın üzərinə (ağac cavan olmalıdır) 1 l qaynar su əlavə edin  və vam odda 10 dəqiqə ərzində qaynadın. Sonra 1 saat isti yerdə saxlayın, daha sonra yaxşı süzün və gün ərzində için.

Belə dəmləmələr orqanizmi müxtəli ziyanlı maddələrdən təmizləyir, immuniteti gücləndirir, insanın sinir siteminə sakitləşdirici təsir edir.

İynəyarpaq dəmləmələri ilə vannalar da çox xeyirlidir. Belə vannalar çox yaxşı sakitləşdirir,  yuxusuzluqla mübarizə aparır, orqanizmi təmizləyir. Vanna üçün 10 xörək qaşığı xırdalanmış iynəyarpaq 1 l qaynar suda 1 saat ərzində dəmlənilir və dəmləmə isti vannaya əlavə olunur. Belə vannaları 1-2 həftə ərzində hər axşam yatmazdan əvvəl qəbul etmək olar.

4. Dəfnə yarpağı dəmləməsi orqanizmi ziyanlı maddələrdən təmizləyir. 6-7 quru dəfnə yarpağı termosa qoyulur, üzərinə 1/2 l qaynar su əlavə olunur və 2 saat ərzində dəmlənilir. Daha sonra dəmləməni kiçik qurtumlarla gün ərzində içmək lazımdır. Müalicə kursu - 1 həftə. 1 həftədən sonra müalicəni təkrarlamaq olar.

5. Pişikotu kökü, pıtraq kökü, yemişan, adaçayı (sürvə) digər xeyirli xüsusiyyətlərlə yanaşı damarları da çox yaxşı təmizləyir. Hər otdan 1 çay qaşığı götürüb termosa qoyun, 1/2 l qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra dəmləməni süzün və gün ərzində için.

6. Balqabaq tumları damarları yaxşı təmizləyir. Gün ərzində 1 ovuc təmizlənmiş balqabaq tumları qəbul edin.

7. Bəzi dərman preparatları damarların və qanın təmizlənməsinə kömək edir. Lakin bu dərmanları yalnız həkim təyin etməlidir.

Bütün sadaladığımız vasitələri istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin. Bəzi xəstəliklər və pozulmalar zamanı bu vasitələr ziyanlı ola bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri