Damarların daralması və yüksək təzyiq zamanı sarımsaq cövhəri
Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alimlərin fikrinə görə, sarımsaq damarların daralması və ateroskleroz zamanı çox yaxşı təsir edir.
Ateroskleroz ürək-damar sistemi xəstəliklərin, infarkt və insultun əsas səbəbi sayılır.
Həmçinin sarımsağın müntəzəm istehlakı arterial təzyiqi normaya salmağa kömək edir. Sarımsağın tərkibində olan bioloji aktiv maddələr qanı duruldur, damarları genişləndirir ki, bu da təzyiqin normallaşmasına kömək edir.
Mütəxəssislər bu məqsədlərlə sarımsaq cövhərini istifadə etməyə tövsiyə edir. Saglamolun.az bu cövhərin reseptini təqdim edir.
Cövhərin hazırlanması:
3 limon və 3 baş sarımsaq (orta ölçüdə) götürün. Sarımsağı təmizləyin. Sarımsaq və limonu (qabıqlı şəkildə) ətçəkən maşınında çəkin, üzərinə 1,5 l qaynanmış ilıq su tökün, 1 gün isti yerdə saxlayın, sonra süzün.
Cövhəri 1 x.q. olmaqla gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
Bu çovhəri uzun müddət ərzində istifadə etmək olar.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 15 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















