Icma.az
close
up
RU
Dambrauskas: “Komanda yaxşı oynamasa belə, əsas olan qələbə idi”

Dambrauskas: “Komanda yaxşı oynamasa belə, əsas olan qələbə idi”

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasının I turunun “Sabah” – “Kəpəz” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Valdas Dambrauskas mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, litvalı mütəxəssis əvvəlcə görüşlə bağlı düşüncələrini bölüşdü:

– Qazanılan 3 xala görə futbolçularıma təşəkkür edirəm. Oyunçuların fərdi performansından çox danışmaq istəmirəm. Komanda yaxşı oynamasa belə, bu gün əsas olan qələbə idi. Avrokubokda ağır və emosional matçdan çıxmışdıq. Heyətdə çoxlu rotasiyaya əl atdıq, bu səbəbdən meydana çıxanları mühakimə etmək doğru olmaz. Onlar demək olar ki, ilk dəfədir birlikdə oynayırdılar. Birinci hissədə istədiyimiz futbolu sərgiləyə bilmirdik, tələsik qərarlar verirdik. Fasilədən sonra dəyişikliklər etdik və vəziyyəti düzəltdik. Rəqibə heç bir şans vermədik, müdafiəçilərimiz inamlı təsir bağışladı. Son dəqiqələrdə ikinci qolu vuraraq qələbəni təmin etdik. İndi isə növbəti sınağa hazırlaşmalıyıq. Önümüzdə “Hapoel”lə çox ağır görüş var.

Valdas Dambrauskas ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Avrokuboklarda mərhələ adlamısınız və mövsüm ərzində üç fərqli turnirdə mübarizə aparacaqsınız. Mövcud heyət bu sıx qrafik üçün yetərlidirmi?

– Üç cəbhədə yarışmağın çətin olacağını dərk edirik, lakin 50 futbolçu sifariş edib fərqli heyətlər qura bilmərik. Bəzi həftələrdə 3 matça çıxmalı olacağıq. Vəziyyəti anlayırıq və lazımi həll yollarını tapacağıq. Bu gün protokolda 23 nəfər yer almışdı, bəzi oyunçulara istirahət verdik. Keyfiyyətli heyətə sahibik. Məsələn, bu gün 20 yaşlı yerli qapıçıya etimad göstərdik. Əsas məsələ ard-arda transferlər etmək yox, əlimizdəki komandanın potensialını artırmaqdır. Əlbəttə, axtardığımız profildə kimsə qarşımıza çıxarsa, sıralarımıza qata bilərik, lakin Çempionlar Liqasının pley-off mərhələsinə də bu futbolçularla irəliləmişik və nəticələrimiz ortadadır.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Avqust 2026 23:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri