Dambrauskas Parrisə şans vermədi... aparıcı futbolçu ilə yollar ayrılıb?
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məlum olduğu kimi, ölkəmizi Avropa Liqasında təmsil edəcək “Sabah” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirdi. Rumıniya “Rapid”i ilə matç 2:2 hesablı heç-heçə ilə nəticələndi.
Oyunla bağlı diqqətçəkən məqamlardan biri də ötən ilin iyulundan “bayquşlar”ın şərəfini qoruyan Kahim Parrisin meydana çıxmaması oldu. Dəqiq desək, baş məşqçi Valdas Dambrauskas heyətdə olan legionerlərdən yalnız ona şans vermədi.
“Football-plus.az” bunun səbəbini araşdırmaq məqsədilə Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladı. Klub rəsmisi saytımıza açıqlamasında Parrisin təlim-məşq toplanışında olduğunu, ancaq yüngül zədəsi üzündən meydana çıxmadığını bildirdi.
Xatırladaq ki, “bayquşlar” daha bir yoxlama matçı keçirəcək. Onlar iyulun 3-də Macarıstan “Pakş”ıyla üz-üzə gələcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 02 İyul 2025 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















