Icma.az
close
up
RU
Damla hüquqmühafizə orqanlarına çağırıldı

Damla hüquqmühafizə orqanlarına çağırıldı

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə qanunsuz mərc oyunlarına təşviq edənlərə qarşı əməliyyat keçirilməsi Azərbaycanda da oxşar vəziyyəti gündəmə gətirib. Türkiyədə olduğu kimi, Azərbaycanda da bəzi məşhur simalar “1Xbet”, “Mostbet”, “Pin-up”, “10lineloto” kimi qanunsuz mərc və şans oyunları platformalarını reklam edirlər. İdmançı Şükran Soltanov, aktyor Azər Aydəmir, influenserlər Banu Al, Xatirə Yüzbəyova, Nərmin Xankişiyeva, Mehin Oqtaylı, Günel Hüseynova, eləcə də müğənnilər Damla, Elgün Hüseynov və Qumral kimi tanınmış şəxslər sosial media vasitəsilə bu cür oyunları təbliğ edirlər. 

Qanunsuz mərc və şans oyunları şirkətləri vətəndaşları aldatmaqla yanaşı, vergidən yayınmaq və dövriyyələrini gizlətməklə dövlətə də ciddi ziyan vururlar. Azərbaycan hüquq-mühafizə orqanları qanunsuz mərc və şans oyunlarına qarşı mübarizə aparmaqdadır və həyata keçirilən əməliyyatlar nəticəsində belə fəaliyyətləri təşkil edən şəxslər saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı bildirib ki, internet resursları, eləcə də informasiya telekommunikasiya şəbəkələrindən istifadə etməklə qanunsuz olaraq qumar və mərc oyunları təşkil edən şəxslərlə bağlı polisə daxil olan hər bir müraciət araşdırılır: “Elə bunun sübutu kimi bir müddət əvvəl  Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı həyata keçirdiyi genişmiqyaslı əməliyyatı qeyd etmək olar. Həmin tədbir zamanı sosial şəbəkələrdə kazino, qumar və mərc oyunları təşkil edən dəstənin başçıları da daxil olmaqla, bu qanunsuz əməlləri təşkil və təbliğ edən 30 nəfərə yaxın şəxs saxlanılıb”. 

Azərbaycan qanunlarına əsasən:

32.5. İdman mərc oyunlarının, lotereyaların reklamında aşağıdakılar qadağandır;

32.5.1. yetkinlik yaşına çatmayanlara müraciət olunması;

32.5.2. bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;

32.5.3. oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;

32.5.4. oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.

32.6. İdman mərc oyunlarının, lotereyaların reklamı telekommunikasiya, kütləvi informasiya, nəqliyyat vasitələrində, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. İdman mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.

32.7. Keçirilməsi “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş idman mərc oyunlarının və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş lotereyaların reklamına yol verilmir.

Ekspertlər qeyd edirlər ki, bu kimi fəaliyyətlərin cəmiyyət üzərində təsiri təkcə iqtisadi deyil, həm də mənəvi baxımdan dağıdıcıdır. Xüsusilə gənc nəsil bu oyunların asılılığına düşərək, həm vaxtını, həm də pulunu itirir, ailə münasibətlərində və şəxsi həyatında problemlər yaşayır. Buna görə də qanunsuz mərc və qumar oyunlarının təbliğatına qatılan məşhur şəxslərin məsuliyyəti daha da artır. Cəmiyyət onlardan nümunəvi davranış gözləyir və belə fəaliyyətlərin əleyhinə çıxmalarını tələb edir.

Hüquq-mühafizə orqanları isə bu məsələyə qarşı daha sərt tədbirlər görməyi, həm qanunsuz platformaların fəaliyyətini dayandırmağı, həm də onların təbliğatçılarını məsuliyyətə cəlb etməyi planlaşdırır. Qanunsuz mərc və şans oyunları ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin birgə hərəkəti vacibdir.

Xatırladaq ki, bir neçə il əvvəl də bir sıra məşhurların mərc oyunlarını təbliğ, reklam etdiyi barədə məlumatlar yayılmışdı. Onların arasında Damla, Sevil və Sevinc bacıları, Kamil Zeynallı, Afaq Aslan, Feyruz Məmmədov, Nadir Qafarzadə və digərlərinin adları çəkilirdi. Şikayətlər var idi ki, bu məşhurlarla bağlı niyə tədbirlər görülmür? Bəs indi hüquq-mühafizə orqanları adları hallanan məşhurlardan kimləri araşdırır?

Adı qanunsuz mərc oyunlarının reklamı ilə bağlı hallanan müğənni Damlanın prodüseri Şamil İbrahimov iddialara cavab olaraq “Yeni Müsavat”a açıqlamasında bildirib: “İndi yayılan məlumat yanlışdır. Bu məsələ 4 il əvvəl olub. Belə ki, pandemiya yeni başlamışdı, işsiz vaxtlarımız idi və müğənni Damla həmin mərc oyunları ilə bağlı videoya çəkilmişdi. Biz bilmirdik ki, bu məsələ qadağandır, qeyri-qanunidir. Buna görə müğənni Damlanı hüquq-mühafizə orqanlarına çağırdılar, Nərimanov Rayon Məhkəməsində iş qaldırıldı, cərimə kəsildi. Cəriməni ödədik, bildirdik ki, bir də belə olmayacaq və bir daha təkrarlamadıq. Onu da qeyd edim ki, Nərimanov Rayon Məhkəməsində Nadir Qafarzadə, Sevinc-Sevil bacıları və digər mərc oyunları ilə bağlı paylaşımlar edənlər də vardı. Yəni mətbuatda indi yayılan məlumatlar 4 il əvvəlki məlumatlardır”.

Adı hallanan aktyor Azər Aydəmir Bizim.media-ya açıqlamasında heç vaxt bu cür reklam etmədiyini və etmək fikri olmadığını qeyd edib: “Mən elə bir şey etməmişəm, adım orada səhvən hallanıb. Orada bir- iki həmkarımın və Xatirə Yüzbəyovanın da adı var. Mən inanmıram ki, o da belə bir şey etsin. Mənə elə gəlir ki, bu ümumi məlumat səhvidir. Vaxt keçəcək biləcəyik. Yəqin adları qarışdırdıqları üçün üzr istəyərlər”.

"Yeni Müsavat"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 22 Noyabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ankara-Şam reysləri başlayır. İlk uçuş 17 iyun çərşənbə axşamı günü olacaq

06 İyun 2025 07:42see302

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see176

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see132

Qurban bayramı: Səxavət, yardımlaşma və mənəvi təmizlənmə rəmzi

06 İyun 2025 07:31see124

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see122

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see120

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see118

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see117

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see117

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see117

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see116

Allahşükür Paşazadə: Yeni Roma papası ilə görüşümüz nəzərdə tutulub

06 İyun 2025 09:37see116

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see115

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see113

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri