Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Danışan hekayələr, susan mətnlər Ədəbiyyatın səhnəsi Cavanşir Yusifli

Danışan hekayələr, susan mətnlər Ədəbiyyatın səhnəsi Cavanşir Yusifli

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Cavanşir Yusiflinin "Danışan hekayələr, susan mətnlər Ədəbiyyatın səhnəsi" adlı yeni yazısını təqdim edir.

Nəsrin, xüsusən, romanın dünyaya gəlməsinin fundamental prinsipi var. Bu prinsip Milan Kunderanın "Roman sənəti" essesində (traktatmı deyək?) parlaq ifadəsini tapıb. İnsan nəyisə düşünüb tapmaq istəyəndə, təbii olaraq işə ondan uzaqlaşmaqla başlayır... Özünün və başqalarının həqiqətindən. Bu mənada, həqiqət - axtarılan şey, nəsnə əslində yoxdur. Don Kixot, Sanço Panso da eləcə. Və bütün bunların fonunda onlara baxan Allah gülür, təbəssüm edir. Roman tanrının təbəssümüdür, - Kundera belə qənaətə gəlmiş.

Hər bir nəsr mətnində, deyək ki, hekayədə Folknerin terminiylə məğlubiyyətin əbədi çələngini ("the best splendid") əldə etmək (həqiqi olandan qaçmaq, ona qarşı nəsə yaratmaq üçün - !) bu mənada çox çətindir.

Qatmaqarışıq və qorxulu, təhlükəylə aşıb-daşan bir dövrdə Şoloxov buna necə nail olurdu?

Böyük əhvalatlardan necə yaxa qurtarmaq olar? Böyük, yəni uzandıqca uzanan və anlatmaq istədiyi şeyləri azdırıb yarıyolda itirən əhvalatları deyirəm. Belədə bir nasirin cild-cild heç nə anlatmayan külliyyatı meydana çıxır. Məsələ, şübhəsiz ki, kimin nə qədər əsər yazmasında deyil, əslində nəfəsini tam olaraq hansı bədii mətnə verməsindən gedir söhbət.

Şahmarın, Azər Abdullanın hekayələrində nə qədər məhz nəfəslə "isinmiş" mətn pasajları var! Bəzən "bircə nəfəslik mətni" yaratmaq üçün bir ömür bəs eləmir. Ardınca kimsə gəlir öz üslubunda onu davam etdirmək işinə qoşur.

İlham Əzizin "Bahar xəstəliyi" hekayəsində bu nəfəsi "göstərən" bir neçə pasaj var - elə pasajlar ki, bədii mətn adına danışa bilir. Hekayə "Ədəbiyyat qəzeti"ndə çap edildiyindən məzmunundan xəbəriniz var. Personajın dediyi "Atam Krıma gedəndə dolanışığımız çətinləşirdi, ümidimiz həyətdəki heyvalara qalırdı. Anam heyvaları bazarda satıb atam gələnə kimi bizi birtəhər keçindirirdi. Satdığı heyvaların pulunu sayanda əziyyət çəkirdi, çünki əli pul görməmişdi. Pulları yanbayan düzüb hesablayırdı." Bu hadisə bir də Rəşad qardaşına kəndə getmək üçün komodun üstünə pul qoymasıyla üst-üstə düşür. Bununla hadisə keçmiş zamandakı olaya toxunub geri qayıdır. Bu toxunma zamanın "rəngi"ni dəyişdirir, hekayədəki indiki zaman dəyişir, keçmiş də əvvəlki fonunu, vizuallığını itirir. Bu nədir? Nə keçmiş keçmişdir, nə də indiki zaman indiki. Zamanlararası toxunuş olmayan mətnlər maraqsızdır. Çox maraqsız.

Başqa bir hekayə: Əli Novruzun "Sonuncu barista" hekayəsi. Tam fərqli bir nəsnə, fərqli təhkiyə və çox fərqli detallar. Ancaq ikisinin oxşar cəhəti "danışan və susan bədii mətn" prinsipində əyaniləşir. Əlinin mətnində "uydurulmuş gələcək" var, həm də bütün tərəfləri və fraqmentləri ilə qorxulu, qorxu saçan, soyuq, usandırıcı gələcək. Resurslar bitib-tükənir, hər şeyə limit, hədd qoyulub, keyfinlə axıb gedən suya tamaşa edə, xəyala dala bilməzsən, xəyalın də bağlı qapıları, duman çökmüş aynası var. Qapını açmaq, aynanın dumanını almaq istəsən, vaxtın çatmaz, oyundankənar vəziyyətə düşərsən. Gələcək, bu mənada insanların oyundankənar vəziyyətinin dəhşətini ehtiva edir. Hekayə fraqmentlər üzərində qurulub. Bunu nəzərə almaq lazımdır və belə olduğu üçün ondan ənənəvi təsvirləri tələb etmək mənasızdır. Mətndə bir balaca (qədərində - !) publisistik fon bədii mətləbin aşıladığı soyuqluğu (sopsoyuq emosiyanı) səhnədən boyaboy göstərmək üçündür.

Bu hekayədə bu gündən gələcəyə (həm də keçmişə qayıdışla, - bunsuz mümkün deyil axı!), ordan bu günə və həm də insan həyatının kələ-kötür yollarına (birdən özün də bilmədən ekrandan yox olursan!) yolçuluq var. Ad yaxşı, təmtəraqlı səslənir: sonuncu barista. Bu ad, eyni zamanda real həyatdan "sıçrayış"ı görüntüləyir. İroniya, aydın məsələdir ki, hansı zamandan bəhs edirsən-et, hadisələrin zamanını indiləşdirir ("Hamı klip çəkdirir..."). Kliplə bağlı ironik "təbəssüm" hekayədə yeganədir. Daha çox olsaydı nə olardı? Daha çoxuna ehtiyac vardımı? Bilmirik.

İndiki zaman hekayədə heç də xəyal olmayan gələcəklə, artıq bitib-tükənmiş keçmiş arasında əriməkdə olan nəsnədir. Dayanıqlı deyil. Bəlkə, bu səbəbdən hekayənin sonluğu elə bu əriməkdə olan, artıq bəlkə də, gözdən itmiş məkana işarə edir.

Bu tipli ikinci pasaj, yəni hekayənin təhkiyə axarını "dayandırıb" təbəssüm edən pasaj indili və əbədi keçmiş zaman məsələsini ortaya qoyur (...İndi sürücü var? Kimə lazımdır sənin maşın sürməyin? Bəlkə, ancaq Naxçıvanda. Orada maşını adam sürməlidir. Elə eşitmişəm. Amma onlar da kənardan adam almırlar. Gərək prosedurlardan əvvəl qeydiyyatın Naxçıvana olsun).

Dünyada nə baş verib? Yəni proses artıq bitib, dünya başqa bir qatıyla üzdədir, insan orda günün "ehtiyacları"nı qarşılamaq istəyir ki, özünü tez tükətsin. Zamanın əvvəlki uğultusu batıb, səs lap aşağılara enib, insanlar danışsa da, sadəcə, dodaqlar tərpənir, vird eləyir, keçmiş vərdişlər sonuncu dəfə ekranda parıldayır və sönüb gedir.

...Kofebarda çox adam yox idi. Təkadamlıq yerlərdə Bakıdakı lüteran icmasının pastoru gözümə sataşdı. Üzümü ona tutub bir az ucadan salam verdim:

- Guten Abend, Doktor Tetmajer!

Doktor başını tərpətdi, əlini ürəyinin üstünə aparıb "dobrıy veçer", - dedi. Elşən kinayəsindən qalmadı:

- Bu da səni görən kimi rus dilini praktika eləyir. Guten Abendin yenə sənə qaldı.

Hər şey nə olduğu bilinməyən gələcəyə tələsir, finalda Elşənin yox olması da bu qəbildəndir, zamanın uğultusu niyə yoxa çıxıb? Dünənə qədər başqalarını satanlar indi özlərini satırlar. Ancaq bu, hekayədən çıxan məsələ deyil. Keçmişlə gələcəyin arasında fırlanan indinin əriməzdən öncə macalı tapıb dediyi söz ola bilər.

Hər iki hekayə danışır. Fərqli dillə. Qısa cümlələrin içində, soyuq lava altında yatan enerjiylə. "Bahar xəstəliyi" ənənəvi hekayəçilikdən sıyrılıb danışmağa cəhd edir, tutarlı bədii detalların diliylə. "Sonuncu barista" "yarımçıq" fraqmentləriylə ümidsiz gələcək qorxusunu boyaboy, tam verməyə çalışan bədii mətn olmağa cəhd edir.

Bəzən gələcəkdə yazılan mətnlər artıq xatirəyə dönmüş keçmişin yazılarını yeni rakursdan göstərə bilir. Bizdə bu tipli hekayələr çox yazılmalıdır ki, yenidən qayıdıb Mirzə Cəlili tam yeni mətn kimi oxumağa başlayaq. "İtmiş zamanın axtarışında" romanıyla Balzakın cildlərinin yeni qatları açılmadımı?

Nəsrdə yeni şey köhnəni diriltdiyiylə maraq doğurur və hadisəyə çevrilir.

Bu gözlənti bitməz.

İnsanların kitab oxumamağı məni heç vaxt narahat etməyib - Ulucay Akif "Həmin işıqlı günlər" - Mətanət Vahid Nizami Gəncəvi kimi tanıdığımız ağcabədili axund - Onun kitabını niyə yandırmışdılar?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see187

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see184

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see168

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see162

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see146

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see143

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see137

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see137

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see130

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri