Icma.az
close
up
RU
DANIŞIQLAR NƏTİCƏ VERMİR Ayətullahlar nə vaxta qədər bunkerdə gizlənəcək?

DANIŞIQLAR NƏTİCƏ VERMİR Ayətullahlar nə vaxta qədər bunkerdə gizlənəcək?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ və İran nümayəndələri arasında Omanda keçirilən danışıqlardan hələ ki, real nəticə çıxmayıb. Trampın bu görüşə müsbət yanaşmasına baxmayaraq, İranın Xarici İşlər naziri Abbas Əraqçi danışıqların əsas predmeti olan nüvə məsələsinə və eləcə də ballistik raketlərin məhdudlaşdırılmasına dair hər hansı razılaşma əldə edilmədiyini bildirib.

Bu barədə İran Prezidenti Məsud Pezeşkian deyib: ”Omandakı dolayı danışıqlar irəliyə doğru mühüm addımdır. İran xalqı həmişə hörmətə hörmətlə cavab verir, lakin təzyiqə və məcburiyyətə boyun əymir”.

Omandakı danışıqlara “CENTCOM” rəhbərinin qoşulması ondan xəbər verir ki, Vaşinqton nüvə məsələsindən başqa İrandan ballistik raketlərin istehsalının və bölgədəki vəkalət qüvvələrinə dəstəyin dayandırılmasını da ciddi şəkildə tələb edib. Beləliklə, görürük ki, Trampın tələbləri yerinə yetirilməmiş qalıb, ortada olan isə nisbi sakitlikdir.

Danışıqlardan öncə də bəlli idi ki, İran ABŞ-nin sərt tələblərini yerinə yetirməyə razılaşmayacaq. Bəs onda nə üçün Tehran amerikalılarla görüşməkdən imtina etmədi? Bu sualı elə ABŞ-yə də ünvanlamq olar. ABŞ-nin ultimativ formada irəli sürdüyü tələbləri İranın yerinə yetirəcəyinə Ağ Evin inandığını söyləmək sadəlövhlük olardı.

Deməli, hər iki tərəfin öz taktiki perspektiv planı var. İran rəhbərliyi ilk növbədə Trampın nə edəcəyini öyrənməklə yanaşı, islahatçı düşərgəyə yaxın fiqurları əzmək üçün vaxt əldə etmək istəyir. “Shahed-139” dronunun “Abraham Lincoln” avidaşıyanına yaxınlaşması və onun “F-35” təyyarəsi tərəfindən vurulması insidenti göstərir ki, Tehran gərginliyi artırmaqla ABŞ-nin reaksiyasını və onun hücum niyyətinin nə qədər ciddi olduğunu bilmək istəyib. Ayətullahlar Trampın planlarının nədən ibarət olmasını öncədən bilməyə cəhd etməklə yanaşı, içəridəki rəqiblərinə qarşı repressiyalara da artıq start veriblər.

ABŞ Prezidentin Donald Trampda İrana zərbə endirməsilə bağlı konkretlik yoxdur və buna təəccüblənməyə dəyməz. Tramp təfərindən atılan addımlar onun ənənəvi taktikasına tam uyğundur. Tramp özünü qəsdən bu cür aparır ki, onun nə edəcəyi proqnozlaşdırılmasın. Lakin hadisələrin ümumi dinamikasına nəzər yetirsək, görərik ki, hər halda Trampın həyata keçirmək istədiyi iki planı ola bilər.

Birincisi, təhdid və təzyiq yoluyla İrana öz istədiklərini diqtə etmək. Yəni, ola bilər ki, ABŞ bölgəyə xeyli sayda zərbə qüvvələri yığmaqla İranı reallıqla barışmağa və böyük hərbi güc qarşısında deyilənlərə əməl etməyə çağırır. Bu planın baş tutacağı ağlabatan deyil, çünki teokratik rejim real və sarsıdıcı zərbələr yeməzsə, geriyə addım atmayacaq. Nüvə proqramı ətrafında danışıqlar isə qeyri-müəyyən zamanadək uzana bilər.

İkincisi, Tramp aldadıcı manevrlər edir və bögəyə daha artıq qüvvə gətirir ki, Pentaqon qəfil və səmərəli zərbə planı hazırlasın. Trampa görə, hər şey gözlənilməz olmalıdır. Onun sakit dayanması üçün isə İran hansısa güzəştlərə getməlidir, əks halda ABŞ sərt davranmaq məcburiyyətində qalacaq.

Prinsip etibarilə nüvə mövzsunda İran geriyə addım ata bilər, lakin iş ondadır ki, İran yetkililəri Trampa inanmırlar. Çünki İsrail ilə 12 günlük müharibədən öncə də nüvə sazişi barədə söhbətlər gedirdi, lakin buna baxmayaraq İsrail gözlənilmədən hücuma keçmişdi ki, bu da ABŞ-nin razılığı olmadan baş verə bilməzdi. İran rəsmiləri düşünürlər ki, ABŞ-dən uzaq durmaq lazımdır, ona qətiyyən etibar etmək olmaz.

Etibarlılıq məsələsinə gəldikdə isə, İranın öz müttəfiqlərinə - Çin və Rusiyaya güvənməkdən başqa çarəsi yoxdur. Çin İrana hərbi yardımlar yollamaqla ona öz etibarlılığını nümayiş etdirir. Avrasiyada mühüm coğrafi məkanda yerləşən və ABŞ-yə qarşı çıxan bir müttəfiqin itirilməsinin böyük fiasko olacağını Pekində yaxşı anlayırlar. Çin ABŞ ilə birbaşa qarşıdurmadan çəkinsə də İranı özünün vəkalət gücü kimi istifadə etmək niyyətindədir. Elə bu səbəbdən də İranı Hava Hücumundan Müdafiə sistemləri, Radio Elektron Mübarizə vasitələri, gəmilər əleyhinə torpedolar, hərbi aviasiya və sairə texniki vasitələrlə təmin edir. Çin həmçinin, ABŞ-nin “B2 Spirit” strateji bombardmançılarının havadakı yerinin təsbit edilməsi üçün hazırlanmış “YLC-8b” radarını İrana göndərib.

Digər yandan, iranlılar çinliləri ABŞ kiberhücumları nəticəsində iflic olmuş HHM sistemlərinin bərpasına yardım etməyə çağırıblar. Belə ki, ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn Pentaqonda bu yaxında keçirilən mətbuat konfrasında deyib ki, İranın nüvə obyektlərinin sıradan çıxarılması əməliyyatı zamanı İranın raket əleyhinə sistemləri rəqəmsal hücumla iflic edilib və nəticədə ABŞ təyyarələri İranın hava sahəsinə rahatlıqla daxil ola biliblər. Burada söhbət İranın HHM sisteminin müvəqqəti sıradan çıxarılmasından gedir. Sözügedən kiberhücum nəticəsində serverlərdəki idarəedici mexanizmin hər hansı bir bölümünün sıradan çıxarılması bütöv mexanizmi dayandırmaq üçün yetərli sayılır. Ümumiyyətlə, Çin istəyər ki, ABŞ-nin İranla münaqişəsi daha uzun çəksin və Vaşinqton Yaxın Şərq regionunda daha çox qüvvə saxlasın. Bununla da onun Sakit okean hövzəsindəki imkanları azalsın.

İranla bağlı baş verəcək hadisələri region ölkələri diqqətlə izləsələr də İsraildən başqa proseslərin gedişinə heç kim müdaxilə etməyəcək. Hamı ABŞ-nin nə edəcəyini gözləyir. ABŞ-nin Yaxın Şərq bölgəsində böyük donanma saxlaması onun istənilən an İrana avia və raket zərbələrinin endirilməsi anlamına gəlir. Amma zərbənin nə zaman vurulacağı bəlli deyil. Bu cür naməlumluq ayətullahları bərk qorxudur. Onlar ömürlərinin axırına kimi bunkerdə gizlənə bilməzlər axı...

Tramp indiyədək gəlmiş-keçmiş ABŞ prezidentlərinə bənzəmir. Onun qəflətən kəskin dönüşlər etməsi və anidən qərarını dəyişməsi adi hal kimi qarşılanır. Qısası, onun nə edəcəyini öncədən hesablamaq çətindir və ona görə də yuxarıda deyildiyi kimi, ayətullahlar bir tərəfdən ABŞ-yə müəyyən güzəştə getməyi düşünsələr də, digər tərəfdən fikirləşirlər ki, Trampın yumşalmasına arxayın olsalar, gözlənilmədən zərbə ala bilərlər.

Trampın bu dəfə birbaşa İranın Ali dini rəhbərini hədəf alması ehtimalı çox yüksəkdir. Bunları anlayan İran rəhbərliyi də öz növbəsində ABŞ-yə qarşı gövdə göstərişinə çıxır. İran ballistik raketlərin köməyi ilə İsraili susduracağını düşünür. İranda ballistik raketləri “raket şəhərləri” adlanan yeraltı tunellerdə saxlayırlar və bununla yanaşı, həmin raketlərin buraxılışını təhlükəsiz həyata keçirmək üçün gizli yerlər yaradıblar. Yer altında gizlədilən raketlərin atəş məntəqlərindən İsraildəki hansı hədəfləri vuracağı öncədən bəllidir. Bu zərbələrin əksəriyyəti yaşayış massivlərinə tuşlanıb. Ancaq ABŞ gəmiləri stasionar vəziyyətdə yox, hərəkət halında olacaqlar. İran qurudakı yerləri vura bilər, lakin dənizdəki hədəfləri vurmaq xeyli müşküldür.

Hazırda İran rəhbərliyi ekzistensial seçim qarşısındadır. Dünya yeni bir eraya qədəm qoyduğu üçün qlobal geostrateji mübarizə daha da amansızlaşacaq. Əgər Tehranda güman edirlərsə ki, çoxqütblü dünya formalaşıb və artıq birqütblü dünyanın lideri ilə savaşmaq, onunla qarşıdurmada olmaq olar, burada bərk yanılırlar.

Birqütblü dünya zəifləsə də o, öz gücünü hələ də saxlayıb. Kollektiv Qərb formasını dəyişir, yenilənir. Qərb dünyasındakı fikir ayrılıqlarına baxmayaraq, onlar hələ ki, kövrək də olsa homogenliklərini saxlayırlar. Bunun əksinə, Qlobal Cənuba mənsub olan dövlətlər arasındakı dərin ziddiyyətlər yoluna qoyulmayıb. Məsələn, çoxqütblü dünya sisteminə iddialı olan BRİKS-dəki Çinlə Hindistan bir-birinə geostrateji rəqib gözüylə baxırlar. Belə bir konfiqurasiyada Tehran öz yerini düzgün müəyyənləşdirməlidir, əks halda İran öz potensial imkanlarını qat-qat aşan geostrateji mübarizənin önündə görsə, möhkəm əziləcək.

Vaqif Nəsibov

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Fevral 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri