Icma.az
close
up
RU
Danışsa ya inanılmayacaq, ya da cəzalandırılacaq PSİXOLOQ DANIŞDI

Danışsa ya inanılmayacaq, ya da cəzalandırılacaq PSİXOLOQ DANIŞDI

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

“Uşaqlar bizim varlığımızdır. Onlar bizim gələcəyimiz, iç dünyamız, hətta keçmişimizlə gələcəyimiz arasında bir körpüdür. Onlar bizim güzgümüzdür. Bir zamanlar uşaqlar ailənin güzgüsü idisə, zamanla – yəni onlar böyüyüb cəmiyyətə adaptasiya mərhələsinə çatdıqda – biz anlayırıq ki, əslində ailə də uşağın güzgüsüdür. Onun davranışları, qorxuları, çəkincələri ailədə gördüklərinin əksidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Bəzən uşaqda baş verən dəyişiklikləri valideyn deyil, kənar insanlar daha tez sezirlər. Bu çox acı bir reallıqdır. Uşaq zorakılığa məruz qaldıqda, bu bəzən ailə içindən belə gizlədilir. Valideynin uşaqla ünsiyyətdə “Sənin ağlın başına nə gəlib?” kimi sərt, empatiyasız reaksiyası uşağın daha da qapanmasına, özünə çəkilməsinə səbəb olur.

Uşaq zorakılığa məruz qaldıqda – istər fiziki, istər psixoloji, istərsə də cinsi – onun içində bir qorxu, bir qaranlıq formalaşır. O, susmağa üstünlük verir. Çünki danışsa ya inanılmayacaq, ya da cəzalandırılacaq. Bu səbəbdən də bəzi uşaqlar özlərini günahkar sanır, “bu başıma gəlibsə, deməli mən susmalıyam” deyə düşünür. Susmaq isə zamanla ya depressiyaya, ya da gələcəkdə şəxsiyyət pozuntularına gətirib çıxarır.

Uşaqlar fərqli temperamentdə doğulurlar – biri melankolik, biri sangvinik, biri plaqmatik, digəri xolerik olur. Hər uşağın iç dünyasına fərqli yanaşma lazımdır. Bu səbəbdən də biz bütün uşaqlara eyni metodla yanaşa bilmərik. Eyni zamanda, zorakılığa məruz qalan uşaq bəzən öz ailəsinə belə göstərmir ki, sanki heç nə olmayıb. Halbuki içində qopan fırtınanı anlamaq üçün yalnız diqqət yetirmək kifayətdir.

Bəzən uşaq ana ilə birlikdə bağçaya gedir, amma müəllimini görən kimi anasının arxasında gizlənir, çünki qorxur. Onun gözlərindəki qorxunu görməmək mümkün deyil. Bu bir siqnaldır. Valideyn bunu görməlidir.

Uşağın travmasını onun davranışlarından da sezmək olar:
– Dırnaq yemək,
– Gecələr sayıqlamaq,
– Davamlı narahatlıq hissi,
– Saç yolmaq, kirpikləri qoparmaq kimi hallar artıq iç dünyadakı ağrının fiziki əlamətləridir.

Unutmayaq:
Zorakılıq yalnız fiziki deyil, emosional və psixoloji formada da ola bilər.
Uşağın səssizliyi, onun “qışqırığıdır”.
Danışa bilməyən uşaq, bədən dili ilə bizə hər şeyi izah edir.

Bizim vəzifəmiz onların səsini eşitmək, onları qorumaq və uşaqlıq yaddaşlarını kabusa çevirməməkdir. Çünki bu gün susan uşaq, sabah bir ömür danışmağa ehtiyac duya bilər. Gələcəyimizə sahib çıxmaq üçün, bu gün uşaqları dinləməli və sevməliyik”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 May 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri