Daşdəmirovun yerinə gələn Samir Qibləliyevin əvvəlki vəzifəsinə seçkilər olacaq
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
23 fevral 2026-cı il tarixində “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC-nin ((VÖEN – 1500238921) İdarə heyətinə yeni sədr seçiləcək.
Yeniavaz.com xəbər verir ki, İdarə Heyətinə yeni sədrin seçilməsi üçün səhmdarların növbədənkənar ümumi yığıncağı çağırılıb.
Qeyd edək ki, “Dərnəgül Nəqliyyat Tikinti Ticarət” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 93 min 268 manat olan ASC-nin qanuni təmsilçisi (İdarə heyətinin sədri) Samir Vaqif oğlu Qibləliyevdir.
Məlumat üçün bildirək ki, Samir Qibləliyev təxminən 10 gün əvvəl “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin (VÖEN – 1904090831) qanuni təmsilçisi təyin olunub.
Xatırladaq ki, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin qanuni təmsilçisi, Gəncə şəhərinin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu Rəşad Daşdəmirov olub. Ötən ilin dekabr ayında o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Rəşad Daşdəmirov xüsusilə külli miqdarda qaçaqmalçılıqda və başqa ağır cinayətlərdə ittiham edilir.
Onu da qeyd edək ki, Rəşad Daşdəmirovun yerinə təyin olunan Samir Qibləliyevin Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Eldar İbrahimovun kürəkəni olduğu bildirilir.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Sabiq idarə rəisinin müavini Rəşad Daşdəmirovun yerinə gətirildi
05 Yanvar 2026 16:51
Korrupsiyaya görə həbs edilən Rəşad Daşdəmirovun yerinə təyinat oldu
05 Yanvar 2026 17:24
Əvvəlki iş yerinə qayıtdı
09 İyun 2025 14:08
Mübahisəli heykəli əvvəlki yerinə qaytarıblar
03 Oktyabr 2025 18:25
Baxış sayı:67
Bu xəbər 08 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















