Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 99 ölkədən nümayəndə iştirak edəcək
Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.
16-18 iyun tarixlərində keçiriləcək beşinci Daşkənd Beynəlxalq İnvestisiya Forumunda 99 ölkədən 8 mindən çox iştirakçının, o cümlədən təxminən 3,1 min xarici qonağın iştirakı gözlənilir.
Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bu barədə prezident Şavkat Mirziyoyev məlumat verib. O deyib ki, tədbirə dəvət olunanlar arasında hökumət başçıları və xarici ölkələrin nümayəndələri, nüfuzlu beynəlxalq maliyyə qurumlarının, iri şirkətlərin, investisiya fondlarının və işgüzar dairələrin rəhbərləri var.
Forumda həmçinin Mirziyoyevin rəhbərliyi altında Xarici İnvestorlar Şurasının növbəti plenar iclası keçiriləcək.
Bu ilki forumda çoxlu sayda investisiya müqaviləsinin imzalanması da planlaşdırılır.
Bildirilib ki, hazırlanan müqavilələr kimya sənayesi, geologiya və metallurgiya, yüngül sənaye, elektrotexnika və maşınqayırma, əczaçılıq, kənd təsərrüfatı, tikinti materialları, enerji və ekologiya, rəqəmsal texnologiyalar, tikinti və infrastruktur, bankçılıq və maliyyə, nəqliyyat və logistika, turizm və təhsil kimi mühüm sahələri əhatə edir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Əli Əsədov IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak edib
10 İyun 2025 17:56
Əli Əsədov V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda Fotolar
17 İyun 2026 10:53
Baku Steel Company V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda təmsil olunub
25 İyun 2026 11:24
Daşkənd İnvestisiya Forumunda 30,5 milyard dollar dəyərində sənədlər imzalanıb
13 İyun 2025 13:04
Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub
17 İyun 2026 10:55
Baxış sayı:130
Bu xəbər 10 İyun 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















