Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Davamı misralara calanan ömür Şahanə Müşfiq yazır

Davamı misralara calanan ömür Şahanə Müşfiq yazır

Icma.az bildirir, 525.az portalına istinadən.

Şahanə MÜŞFİQ

"Qara xəbər tez yayılır" - deyirlər. İllah da ki, sevdiyin insanın, doğma birinin bu dünyadan köçü ola... Sanki ildırım sürətilə yayılır el-el, oba-oba. Bircə anda titrədir varlığını. Onu səndən nə qədər gizləməyə çalışsalar da, sanki o xəbər özü özünə yol açıb gəlir, ta ki sənin qəlbini ələ almayınca nə bir yol dincəlir, nə də ləngiyir...

11 aprel axşamı xalam Minarə İsgəndərin ölüm xəbəri həmin o özünə yol açan qara xəbərlərdən oldu. Hər kəs bu ölümü məndən gizləməyə çalışarkən təsadüfi votsap statusu acı gerçəyi qəfil çırpdı üzümə. Qəlbi şeir dolu, ruhu nəğmə sevdalı xalam artıq bu dünyada yoxdur. Yüzlərlə şeirinə nəfəs verən o qəlb elə ən birinci yorulan oldu...

Mən ondan "xalam" deyə bəhs edirəm. Amma o, çoxları üçün gözəl şeirlər müəllifi şair idi. Ümid edirəm ki, oxucular mənim bu xitabımı qəlbimin ağrısına, günlərimin həsrətinə, dinməyən göz yaşlarıma bağışlayarlar...

Ta uşaqlığından şeir sevdalısı, ədəbiyyat həvəslisi olan Minarə İsgəndər zamanında müəyyən səbəblərdən ən böyük arzusuna qovuşa bilməyib: Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunmayıb. Əvəzində o vaxtki Bakı Mədəni-Maarif Texnikumuna daxil olub. Axı onun digər sevgisi də musiqi idi - sonradan bütün ömrünü həsr edəcəyi musiqi.

Xalamın ali təhsillə bağlı arzusunu illər sonra mən reallaşdırdım, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Onun ədəbiyyat sevgisi mənim də qanıma, canıma hopmuşdu. Mən də onun kimi qələmə könül vermiş, elə tələbə ikən ilk kitabımı çap etdirmişdim. Onun həmin kitabı necə sevinclə, sevgi ilə bağrına basması indiki kimi yadımdadır. Özü isə müəllif kimi bu sevinci çox gec - 2023-cü ildə "Dünya mənsiz qalanda" kitabı ilə daddı. Nə xoş ki, bu kitabın çap müjdəsini də elə mən özüm vermişdim ona.

lll

Minarə İsgəndər duyğuların şairi idi. O, şeirlərini şeir yazmaq xatirinə yazmazdı, həqiqətən ruhunu incidən, onu narahat edən, qəlbini didən hissləri köçürərdi ağ vərəqlərə. Onun şeirlərini oxuduqca hiss edirsən ki, bu misralar yazılmayıb - yaşanıb. Hər bəndində bir ömür nəfəs alır, hər sətirdə bir qadının iç dünyası, incə duyğuları, qırılmayan səssizliyi yaşayır.

Minarə İsgəndərin poeziyası ilə vidalaşmaq asan deyil. Çünki onun şeirləri insanın içində yaşayan, zaman keçdikcə dəyişən, amma heç vaxt sönməyən hisslərdir. Bu şeirləri vərəqlədikcə bir insanın ömrünü, düşüncələrini, ağrılarını, ümidlərini addım-addım izləyirsən. Ən ağırı isə budur ki, indi o səsi eşidə bilməyəcəyini bilə-bilə oxuyursan. Uşaqlıq şeirində "Boylanıb baxıram həmin illərə, Həsrət qaldıq "ay can" deyən dillərə" yazan şair sanki bizim indiki halımızı təsvir edir. Onun həsrəti bizim də həsrətimizə qarışır.

"Yaz günü xəzan" ifadəsi Minarə xanımın poetik dünyasında tez-tez hiss olunan paradoksun gözəl nümunəsidir: həyatın ən gözəl çağında belə içində bir payız yaşamaq. Bu, onun daxili dünyasının nə qədər həssas və kövrək olduğunu göstərir. Elə özü də gözəl bir yaz günündə xəzan olub torpağın qoynuna köçdü...

Onun şeirlərində qəribə bir sakit ağrı var idi. Hayqırmayan, amma dərinlərə işləyən bir ağrı. O ağrını ən gözəl tanıyan isə bir özü idi, bir də misralar:

Yolumuza işıq tutan çıraqdır,

Gah kitabdır, gah da adi varaqdır.

Mürgüləmir, gecə-gündüz oyaqdır,

Dərdləri bol, gözləri qəm şeirimin.

Minarə İsgəndərin şeirləri heç vaxt süni nikbinlik daşımır. O, dərdi gizlətmirdi, onu estetika ilə, səmimiyyətlə ifadə edirdi. Şeir onun üçün bəzək yox, etiraf idi. Hər kəlməsi bir hissin yükünü daşıyırdı. Onun dünyaya baxışı isə başqa bir bənddə daha açıq görünür:

Dedilər: "Bu dünya elə yaxşıdır!"

Nədənsə yaxşılar yamana qaldı.

Bu misralar bir həyat müşahidəsidir. Sadə, amma çox ağır bir həqiqəti özündə daşıyır. Burada artıq romantik şair yox, həyatın sərt üzünü görmüş, onunla barışmasa da, qəbul etmiş bir insan danışır.

İndi o, cismən yoxdur. Amma bu yoxluq bizi digər gedişlər kimi qorxutmur. Ağrısı könlümüsü sızlatsa da, təsəllisi yaramıza xəfif-xəfif sığal çəkir sanki. Axı onun yazdığı hər söz silinməyən, unudulmayan bir iz qoyub. Elə bir iz ki, onu poeziyanı sevənclərin yaddaşında, ədəbiyyatın ölməz dünyasında əbədi yaşayacaq. Nə olsun ki, bir şeirində naümidcəsinə deyirdi:

Sığdırmırsan varı-yoxu şəstinə,

Durammırsan əzrayılın qəsdinə

Nə olsa, gözünü dikib rəsminə,

Bircə yol yadına salanın ola...

Yoxluğundan keçən bu 4-5 günlük zamanda onun əzizi olan bizdən savay, onunla bircə dəfə görüşməyən, sadəcə sosial şəbəkələrdə şeirləri ilə tanıyıb sevən insanların ah-nalərini eşitsə, yəqin ki, bu şeirdəki misralar haqda bir də düşünərdi.

Şairlər ölümü adi insanlar kimi yaşamırlar. Onlar sözlərini əmanət qoyub gedirlər ki, sonra gələnlər o sözlərin içində yaşasın. Minarə İsgəndər də gedərkən misralarını bizə əmanət qoydu. Hər dəfə bir kitab səhifəsini çevirəndə sanki onun səsini eşidirəm. Şən, həyat dolu, bir az da yorğun...

Ölümü ta öncədən hiss edirdi Minarə. Bəlkə də bir şair fəhmi ilə qələmi hey ölümdən, onsuz qalan dünyadan, o dünyanın həsrətindən yazırdı. Onu özünün yoxluğundan çox, ondan sonrakı həyat narahat edirdi. Gözəllik aşiqi şair bu dünyada nə qədər ağrı-əzab çəksə də, gözəlliklərini də qoyub getmək istəmirdi sanki:

Yenə gələcəkdir soyuq qış ayı,

Ötüb gedəcəkdir yay hay-harayı.

Hamı üşüyəcək, məndən savayı,

Çünki məndən olmayacaq...

Yenə yaz ətirli güllər açacaq,

Kəpənəklər güldən-gülə uçacaq.

Kiminsə qəlbinə eşq nur saçacaq,

Amma məndən olmayacaq...

Gəlib yetişəcək ömrün payızı,

Sevdiyim də görməyəcək o nazı.

Deyəcəklər: "Öldü getdi el qızı..."

Bir də məndən olmayacaq...

Bəs o bunu hardan bilirdi? Bəli, günlərdir hər kəs onu eldən gedən bir söz aşiqi kimi xatırlayır, sevgi ilə, həsrətlə yad edir. Nə olsun ki, o, başqa bir şeirində "Yoxsa ki boşuna bitdi bu ömür?" - deyə şübhəyə düşür. Yox, mənim əziz xalam! Bu qədər çox insan sevgisi qazanan bir ömür boşuna keçə bilməzdi. Necə ki, sən başqa bir şeirində deyirdin:

Yaz, ay qələm, dayanma, yaz,

Ölüb getdik bəlkə bu yaz.

Dilə gəlsin sədəfli saz,

Qoy ağlasın tellər səni.

Bəli, sənin yazan qələmin, sevgi dolu qəlbin, qayğılarla dolu taleyin təkcə sədəfli sazı yox, yoxluğunu eşidən hər kəsi ağlatdı.

Onun şeirlərində ölüm belə tələsmirdi. "Ölüm şərbətini iç yavaş-yavaş..." deyə biləcək qədər sakit, qəbul olunmuş bir sonluq vardı. Bəlkə də ona görə gedişi bu qədər ağır gəldi. Çünki o, ölümü belə ürkütməyən bir ruh idi.

"Ölüm şərbətini iç yavaş-yavaş" - bu misra Minarə İsgəndərin ölümə münasibətinin yekunudur. Tələsmədən, qorxmadan, sakitcə... Sanki həyatın davamı kimi.

İndi qalan nədir? Bir neçə kitab, saralmış vərəqlər, yarımçıq qalan hisslər və bir də əbədiyyən unudulmayacaq xatirələr. Amma ən çox da yarım qalmış söhbətlər, deyilməmiş sözlər, yazılmamış şeirlər.

Sənin əllərindən tutmalı əllərimiz indi kitablarını varaqlayır, səsinə həsrət qulağımız şeirlərindən səsini dilənir. Sonra isə elə o kitab varaqlarından bir şeir o ən acı həqiqəti sillə kimi vurur üzümüzə:

Əlləri qoynunda hey ağlayıram,

O sənli günləri soraqlayıram.

Bu kitabı nahaq varaqlayıram,

Yoxdur o Minarə, öldü də getdi.

Minarə İsgəndər getdi...

İndi o yoxdur. Amma onun sözləri var. Və bu sözlər artıq təkcə ona aid deyil - onları oxuyan hər kəsin içində yeni bir həyat qazanır. Hər bahar açan güldə, hər payız tökülən yarpaqda, hər gecə yanan bir şam işığında onun misraları yenidən doğulacaq!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2026 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see627

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see299

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see289

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see277

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see271

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see250

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see249

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see243

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see238

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see230

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see227

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see214

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see203

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see202

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see202

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see201

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see194

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see187

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see187

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri