Davamlı stress yaddaş problemlərinə səbəb olur
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az "TASS"a istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Viktoriya Şimanskaya danışıb.
Onun sözlərinə görə, xroniki stress və ya emosional tükənmə zamanı beyin yeni məlumatları tam mənimsəyə bilmir. Daimi gərginlik sinir sisteminin həddindən artıq yüklənməsinə və orqanizmin öz resurslarını qorumağa çalışmasına səbəb olduğu üçün yaddaş zəifləyir.
Həkim vurğulayıb ki, yorğunluq - hətta müəyyən bir əsas səbəblə əlaqəli olmasa belə üzvi amillər qədər idrak funksiyalarına zərər verə bilər.
Mütəxəssis qeyd edib ki, aparılan təcrübələrdə bir gecə yuxusuz qalan iştirakçılarda yaddaşın formalaşması və öyrənmədə mühüm rol oynayan hipokampın aktivliyi azalıb. Nəticədə onlar əvvəl gördükləri obyektləri sonradan daha çətin tanıyıblar.
Ekspert unutqanlıqla yanaşı narahatlıq, əsəbilik və söhbət zamanı diqqətin yayınması müşahidə olunarsa, mütəxəssisə müraciət etməyi tövsiyə edib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 23 Noyabr 2026 18:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















