Icma.az
close
up
RU
Menu

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

Azərbaycan Prezidenti Moskvanı faktlar qarşısında qoydu

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

Şəhid media nümayəndələrinin medalları ailələrinə təqdim edildi

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

MY nin ulduzu “Çelsi”yə keçir

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?

Bu il Azərbaycanda sahələr üzrə verilmiş lisenziyaların sayı açıqlanıb

Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT

45 dəqiqə dərs, 30 şagird Sıxlığa çözüm nədir?

Enrikenin dördüncü övladı olacaq

“DAXİLDƏ “TƏMİZLƏMƏ İŞLƏRİ APARILACAQ...” “Rusiyanın Azərbaycanı təhdid edəcəyi çox az şey var”

“DAXİLDƏ “TƏMİZLƏMƏ İŞLƏRİ APARILACAQ...” “Rusiyanın Azərbaycanı təhdid edəcəyi çox az şey var”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

İqbal Ağazadə: “Azərbaycan-Rusiya münasibətlərində proqnoz edilən qədər gərginlik olmayacaq”

Ümid Partiyasının sədri İqbal Ağazadə “AzPolitika”ya müsahibəsində Rusiya-Azərbaycan münasibətlərindəki mövcud gərginliyin perspektivi, Kremlin regionda yürütdüyü siyasət, ölkə daxilində islahatların aparılması, sosial-iqtisadi problemlərin həlli yolları və s. mövzularla bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- İqbal bəy, Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” kanalına müsahibəsində Rusiyanın ünvanına səsləndirdiyi fikirlər bu ölkənin mediasında, sosial şəbəkələrdə rezonans doğurub. Prezident həm 1920-ci ildə Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına vurğu salıb, həm də Rusiyanın Azərbaycana münasibətini sərt tənqid edib. Bütün bunlar Rusiya-Azərbaycan münasibətləri barədə hansı nəticələr çıxarmağa əsas verir?

- Azərbaycan–Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan öz daxilində bütün təhdid elementlərini aradan qaldırıb. Müstəqil olandan bu günə qədər ölkə daxilində təhdid elementləri var idi və bundan yararlanırdılar.

Ölkə başçısının çıxışında qeyd olunur ki, iz hər zaman bərabərlik və konstruktiv hüquq çərçivəsində davranmışıq, bizimlə bərabərlik və konstruktiv hüquq əsasında münasibət qurun, təhdidlə danışmayın. Çünki bizi təhdid edə biləcək çox az şey var. Bəli, ölkə daxilində rus elementləri var, bunu da Prezident daha yaxşı bilir.

- Bu elementləri, yaxud agentura şəbəkəsini necə təsvir etmək olar?

- Agentura şəbəkəsi o qədər güclü deyil ki, müstəqil siyasət yürütsün və ya dövlət siyasətinə birbaşa təsir etsin. Amma güc balansı dəyişsə, ortalıqda ola bilərlər. Gəlin düşünək, Əliheydər Qarayevi xatırlayaq – 1918-ci ildə yox idimi? Var idi. O, 1920-ci ildə parlament tribunasından Məhəmməd Əmin Rəsulzadəni təhdid edirdi. Sadəcə, həmin vaxt güc nisbəti dəyişmişdi. İndi də güc nisbəti dəyişə bilər. Bunu da hökumət bilir və yəqin ki, daxildə sistem dəyişikliyi olacaq.

- Zərərsizləşdiriləcəklər?

- Mütləq. Çünki xarici təhdidlərin daxildəki aktiv bazalarını məhv etmədən bu tip addımlar atmaq hökumətin ziyanına olurdu. Amma indi yəqin ki, “təmizləmə işləri” aparılacaq. Efirlərə diqqət etsəniz, artıq o adamların səsi çox az gəlir, görünmürlər. Hətta bəzən onların dili ilə Rusiya təhdid olunur.

- Vaxtı ilə Rusiyanın ən qatı tərəfdarlarından olan bəziləri indi deyirlər ki, Azərbaycan lazım gəlsə Rusiyaya adekvat hərbi cavab verməlidir, Ukraynaya silah dəstəyi göstərməlidir və s. Bəzən adama elə gəlir ki, burada təhrik elementləri var. Rusiyanın əlinə bəhanələr verəcək açıqlamalar səsləndirilir...

- Bəzən milli məsələlər o qədər həssas işlənilir ki, heç kim ona qarşı gedə bilmir. Azərbaycanda az qala hamı Rusiya ilə savaşda Ukraynanı dəstəkəyir. 1989-cu ili xatırlayaq: sərhəd hərəkatı olanda hamı düşünürdü ki, tikanlı məftillər götürülsə, Quzey və Güney birləşəcək. Amma bir ağıllı adam çıxıb demirdi ki, bu, rusların Azərbaycanın içinə girməsi üçün Moskvanın işinə yarayır. Bunu sözlə demək olar, amma hərəkətdə etmək olmaz. Bu tipli mövqelərdə də təhrikedici yanaşmalar olur və oradakı informasiya şəbəkəsi əleyhimizə çevrilir. Rusiya da bundan yararlanır. Agentura sisteminin edəcəyi başqa bir şey yoxdur axı. Mən demirəm, konkret kimsə agentdir, amma prsoes belədir. Kimlərin agent olub-olmadığını bilmək üçün hökumət mütləq DTK-nın arxivlərini açmalıdır. Bu proses olmasa, arxivlər açılmasa, Azərbaycanda şəffaflığa qovuşmaq mümkün olmayacaq. Vacib deyil ki, pensiyada olan, siyasətdən uzaq adamların da adları açıqlansın. Amma məsələn, İqbal Ağazadə siyasətlə məşğuldur, biri aktiv jurnalistdir, digəri QHT rəhbəridir və ictimai-siyasi fikrə təsir edir. Bu adamların dosyesi dərhal açılmalıdır. Sorğu verilməlidir ki, kimsiniz siz?

– Bəs açılsa, hansı mənzərə yaranar?

- Vaxtilə Litvada Landsberqis hakimiyyəti ələ keçirdikdən sonra bu proseslərə rəhbərlik edirdi. Parlamentdə arxivlərin açılmasının əleyhinə idi. Amma parlament qərar qəbul etdi, açıqladılar, birinci sırada onun adı var idi...

– Bizdə öndə gələn siyasi fiqurların, hökumətdə təmsil olunan məmurların adları ola bilərmi? Bu zaman çaxnaşma yarana bilər...

– Heç bir çaxnaşma olmayacaq.

– Bu, ictimai-siyasi palitrada çox adamı əhatə edəcəkmi?

– Kifayət qədər. Hesab edirəm ki, köhnə nəslin böyük əksəriyyətini əhatə edəcək – həm aktiv siyasətdə olanları, həm müxalifəti, həm də iqtidarın içində olanları. Bu açılmasa, ən ekstremal vəziyyətdə kimin hansı addımı atacağını bilməyəcəyik. Mən demirəm ki, onlara cinayət işi açılsın, ya da həbs edilsinlər. Sadəcə, ictimaiyyətə təqdim olunsun. Hamı bilsin ki, filankəs Rusiyaya bağlıdır, digəri İrana bağlıdır və s.

–Vaxtı ilə SSRİ DTK-sının agenti olmaq bu gün Rusiyaya bağlı olmaq deməkdirmi?

– Tam yox. İndi DTX-nın vəzifəsi odur ki, bu mərhələni araşdırsın. O dövrdən sonra nə qədər bağlılıq qalıb, kim kimlərlə işləyib – bunları araşdırmaq lazımdır. Məşhur bir misal var: “Köhnə agent olmur”. Bunu nəzərə almaq olar. Amma onu da qeyd edək ki, bununla da iş bitmir. DTK-nın agentura şəbəkəsi ilə yanaşı, Rusiyanın burada Hərbi Kəşfiyyatının agentura şəbəkəsi də olub. Onlar birbaşa Moskvaya bağlı idilər və heç birinin dosyeləri bizdə yoxdur. Açsaq, yalnız bir hissəsini açmış olarıq. Amma açmaq lazımdır. Bundan çəkinmək olmaz.

– İqbal bəy, əsas mövzumuza dönək. Mövcud gedişatı Prezidentin bəyanatları fonunda analiz etsək, münasibətlər hara istiqamətlənib?

– Azərbaycan–Rusiya münasibətlərində hər kəsin proqnoz etdiyi qədər gərginlik olmayacaq.

– Niyə?

– Əvvəla, Ukrayna cəbhəsində Rusiya istədiyini əldə edə bilmir. Bu gün Rusiya təbliğatda, danışıqlar masasında təqdim olunduğu qədər güclü deyil. Proses günü-gündən zəifləyir və Rusiyanın xeyrinə gedəcəyi də gözlənilmir. Belə olan halda Rusiyanın Ukraynaya üstün gəlmək imkanları azalır. Ona görə də Azərbaycanla indi niyə belə bir riskə getsin? Danışıqlar masasında iştirak edib maraqlarını qorumağa çalışacaq. Bizdən daha çox Ermənistana təzyiq olacaq. Çünki 2026-cı ilin yayında orada parlament seçkiləri keçiriləcək. Paşinyanın bu dəfə də qalib gəlməsi Rusiyanın Cənubi Qafqazdan çıxması və prosesin bitməsi deməkdir. Ona görə də fokus daha çox Ermənistanın üzərində olacaq. Bizə isə əsasən diaspora və daxildəki qüvvələr fonunda təzyiqlər olacaq və bizim də itkilərimiz olacaq.

– Hansı itkilər ola bilər?

– Bu gün Rusiya ilə İdxal-ixracda dinamika var.

- Müsbətdir...

- Bəli, amma münasibətlər belə davam etsə, bizdə itki vətəndaşın cibindən olacaq. Rusiyada isə daha çox dövlət cibindən itirir. Tutaq ki, Azərbaycan Rusiyaya pomidor satmır. Xatırladım ki, keçən il təxminən 100 milyon dollarlıq pomidor ixrac olunmuşdu. Bunu sadə vətəndaşlar etmişdi.

– Amma ixracat getdikcə iri sahibkarların əlində cəmləşir...

– Fərq etməz. Onların da əlində olsa, sonda vətəndaş oradan qazanırdı. Bu satış olmayanda vətəndaş da itirəcək. Amma dövriyyə baxımından saldo Rusiyanın xeyrinədir. Onların da itkiləri olacaq. Sadəcə, dövlət olaraq Rusiya bunu kompensasiya edə bilir. Digər tərəfdən, orada işləyən azərbaycanlılara təzyiqlər ola bilər. Artıq Rusiyanın Əmək Nazirliyi müxtəlif bölgələrdə azərbaycanlıların işə götürülməsinə qadağalar qoyub. Bazarlarda da yoxlamalar var. Amma geniş mənada Rusiyanın kobud müdaxilələri gözlənilmir.

– Çində, ŞƏT sammiti çərçivəsində Putinlə Əliyevin görüşünun olub-olmayacağına dair Bakıdan və Kremldən açıqlama yoxdur. Prezidentin “Əl-Ərəbiyə” kanalındakı mesajlarından sonra görüş, müzakirə ehtimalını necə dəyərləndirirsiniz?

– Görüş olacaq. Hər halda təmas olacaq, ayaqüstü olsa belə. İndidən konkret nəsə demək olmaz, amma danışıqlar gedir.

– Bayaq dediniz ki, Ermənistana təzyiq bizdən çox olacaq. Bəs bu zaman Azərbaycan hansı mövqedə olacaq? Çünki Cənubi Qafqazdakı proseslərdə Bakının mövqeyi həlledici təsirə malikdir...

– Prezidentin müsahibəsində bir element var idi: sülh müqaviləsinin formal imzalanması... Orada “formal” sözünü işlətdi. Yəni sülh müqaviləsi artıq imzalanıb, sadəcə formal məsələlər qalıb. Bu, olduqca vacib detal idi. Azərbaycan bu məsələdə prinsiplərə sadiq qalacağını göstərir. Demək ki, Azərbaycan və Ermənistan arasında artıq sülh müqaviləsi imzalanıb. Formal olaraq ATƏT-ə müraciət, Ermənistan Konstitusiyasına dəyişiklik məsələsi qalır. ATƏT-ə müraciət artıq olub, konstitusiya ilə bağlı da hazırlıq gedir. Paşinyan bunları həll etməlidir. O, Ermənistanı seçkiyə qədər itkisiz apara bilməlidir.

– Paraflanmış sülh sazişi seçkidə Paşinyanın əlində əsas güc olacaq...

– Bəli, bu onun əsas silahıdır. Baxın, atəşkəs pozulmur, itki yoxdur, hər kəs öz yerindədir. Ərazi bütövlüyü məsələsi təsbit olunub. Bunun əsasında Paşinyan Ermənistanda seçki prosesi aparacaq, Azərbaycan isə öz mövqeyinə sadiq qalacaq.

– Yəni, artıq Paşinyan bizə sərf edən tərəfdaşdır...

– Bəli. Bu gün Cənubi Qafqazın məsuliyyəti Azərbaycandan soruşulur. Çünki gələcəkdə Çinlə aparılacaq rəqabətdə üçüncü yolun öhdəliyi ən çox Türk ölkələrinin üzərindədir – Azərbaycan, Qazaxıstan, Türkiyə. Bu yol mütləq Amerikanın nəzarətində olmalıdır. Lap əvvəllər nəzarət əldən çıxmışdı, indi isə böyük logistika layihələri nəzarətdə saxlanılır.

(Davamı var)

E.Rüstəmli

E.Bəyməmmədli

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Avqust 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gözəllik: Keçmişdən bu günə, əbədi axtarış Məryəm Bağırova yazır

28 Avqust 2025 09:03see1116

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021 ci il 12 avqust tarixli 1423 nömrəli Fərmanında dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı

28 Avqust 2025 13:12see225

Bu şəhərdə heyvanlar insanlardan yaxşı yaşayır...

28 Avqust 2025 07:31see199

Azərbaycan Prezidenti Moskvanı faktlar qarşısında qoydu

28 Avqust 2025 20:28see193

Smartfonlar təhlükəli mikrobların mənbəyidir Ehtiyatlı olun

27 Avqust 2025 09:01see170

Çin avtomobilləri hansı yanacaqla sürülməlidir? Yaranan problemlərin səbəbləri

27 Avqust 2025 00:13see147

Dünya Bankı yenidənqurma üçün Livana 250 milyon dollar kredit ayırır

27 Avqust 2025 00:25see142

Xocalı sakinlərinə əkin üçün torpaq icarəyə verilib

27 Avqust 2025 12:17see136

Xəstəlikdən əziyyət çəkən məşhur aktyor Bryus Uillis ailəsindən ayrıca evə yerləşdirildi

28 Avqust 2025 05:47see136

Şəhid media nümayəndələrinin medalları ailələrinə təqdim edildi

27 Avqust 2025 13:55see134

Komitə sədrindən Zatulinə SƏRT CAVAB

27 Avqust 2025 19:29see129

Kolumbiyada insan nəslinin əvvəllər məlum olmayan qolu aşkar edilib

27 Avqust 2025 03:04see129

MY nin ulduzu “Çelsi”yə keçir

28 Avqust 2025 06:02see125

Leyla və Arzu Əliyevalar Şamaxıda olublar

28 Avqust 2025 08:52see123

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

27 Avqust 2025 19:24see123

Çempionlar Liqasının 3 debütantı: onlar kimlərdir və Avropada necə sensasiya yaratdılar?

27 Avqust 2025 19:22see120

Bu il Azərbaycanda sahələr üzrə verilmiş lisenziyaların sayı açıqlanıb

27 Avqust 2025 15:44see120

Hacıqabulda sakinlər qurdlu su içirlər? ŞİKAYƏT

28 Avqust 2025 02:16see119

45 dəqiqə dərs, 30 şagird Sıxlığa çözüm nədir?

27 Avqust 2025 16:42see119

Enrikenin dördüncü övladı olacaq

27 Avqust 2025 20:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri