Icma.az
close
up
RU
Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?

Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?

COP29 çərçivəsində "İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği" adlı tədbirdə İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib. Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar.

Qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində su qıtlığı problemi Bakıda keçirilən COP29-un da əsas müzakirə mövzularından biridir. Azərbaycan diqqəti şirin su ehtiyatlarının azalmasına yönəltmək, bu istiqamətdə səyləri birləşdirmək üçün bütün ölkələrini ilk Su Bəyannaməsinə qoşulmağa çağırıb. Bu məqsədlə COP29 çərçivəsində "İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği" adlı tədbirdə İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoquna rəsmi start verilib. Tədbir çərçivəsində ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen İqlim fəaliyyəti üçün su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolunu imzalayıblar. Qeyd edilib ki, niyyət protokolu təşəbbüsün gələcək fəaliyyətlərinin icrasına dəstəyi nəzərdə tutub.

"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

Qeyd edək ki, Azərbaycanda il ərzində suvarılan torpaqlar 1.02 milyon, suvarılabilən ərazilər isə 1,54 milyon hektardır. Bu rəqəmlər "Su təhlükəsizliyi problemlərinin həlli üçün səmərəli su sektoru institutlarına və proqramlarına keçid" adlı hesabatda əksini tapıb. Azərbaycanda suvarma səmərəliliyinin ən yüksək göstəriciləri Mil-Muğan, Naxçıvan və Şirvan-Salyan iqtisadi rayonlarında qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, eyni dövrdə qəbul edilmiş suyun ümumi həcmi orta hesabla 7 milyard 30 milyon kubmetr təşkil edib ki, bu da potensial olaraq ölkə səviyyəsində təxminən 67 faiz ümumi su itkisini göstərir.

Bəs bu problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var? Qurumlar bu barədə nə düşünürlər?

Vahid idarəetmənin vacibliyi

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfovun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı sahəsində ən problemli sahələrindən biri də suvarmadır: "Ən böyük problem isə vahid idarəçiliyin olmamasıdır".

Ş.Nəcəfovun fikrincə, əlimizdə olan sahələri hələ tam suvara bilmirik. Lakin hər il əkin sahələri daha da artır. Bu, su çatışmazlığını yaradan əsas səbəblərdəndir: "Mövcud əkin sahələri davamlı suvarılma potensialına sahib deyil. Davamlı suvarılmada əkinçi istədiyi vaxt sahəsini sulamalıdır. Yağışlar bol olanda birtəhər idarə edə bilirlər. Amma quraqlıq olduqda məhsuldarlıq xeyli aşağı düşür. Bununla belə, örüş sahələri əkin sahələri ilə əvəzlənir".

Su kanalları beton olmalıdır

Ekspert bildirib ki, davamlı suvarılma imkanı olmadıqda növbəli əkin sistemi tətbiq edilməlidir: "Məsələn, fermer eyni anda 10 hektar sahədə taxıl əkir və oradan 15-20 ton taxıl yığır. Növbəli əkində isə beş hektarı əkir, digər sahəni dincə qoyur. Əkdiyi beş hektardan 25 ton taxıl yığır. Meyvə bağları intensiv sulama-damlama sisteminə keçirilir. Buna dövlət tərəfindən dəstək də verilir. Beləliklə, su itkilərinin qarşısı qismən də olsa alınır. Digər damlama-çiləmə təsərrüfatlarına da dəstək artırılmalıdır. Kanallar betonlaşmalıdır. Çünki torpaq kanallar xeyli miqdarda suyun itirilməsinə səbəb olur. Su kanallarının yalnız 20 faizində betonlaşma həyata keçirilib".

Daxili çayların bir çoxu quruyub

İqtisadçı Pərviz Heydərov isə düşünür ki, hazırda suvarma sahəsində çatışmazlıqlarımız, əsasən mövcud su potensialımızın azalmasından qaynaqlanır: "Məsələn, son illər ərzində iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların nəticəsində ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarında su kəskin azalıb və daxili çayların bir çoxu isə ümumiyyətlə quruyub. Ona görə də kənd təsərrüfatı bitkilərinin, həmçinin meyvə və tərəvəz əkininin suvarma suyu ilə təminatı çətinləşib".

P.Heydərovun fikrincə, suvarmadakı qıtlığın qarşısının alınması üçün su ehtiyatlarımız nəzarətə götürülməlidir:

"Azərbaycan su ehtiyatlarıyla bağlı yaxın gələcəkdə dünyada ciddi böhranla qarşı-qarşıya qalacaq ölkələrdən biri sayılır. Ölkə üzrə su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 faiz azalacağı gözlənilir. Odur ki, bu gün işartıları görünən bir sıra real su problemlərimiz yaxın gələcəkdə daha ciddi şəkil alacaq. Mövcud su ehtiyatlarımızdan səmərəsiz istifadə su ilə bağlı bizi gözləyən böhranlı vəziyyəti daha sürətlə yaxınlaşdırır. Odur ki, prioritet məsələ ilk növbədə bu vəziyyəti aradan götürməkdir. Məlumata görə, ölkəmizdə yerüstü su ehtiyatları 30 milyard kubmetr təşkil edir ki, bunun da yalnız 30 faizi daxili ərazimizdə formalaşır, 70 faizi isə qonşu ölkələrin ərazilərindən daxil olur. Yerüstü su ehtiyatlarımızın daxildə formalaşan hissəsi daha çox mühafizə olunmalı və istehlakı dövlət nəzarətinə götürülməlidir".

Mütəmadi müzakirələr aparılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə bildirildi ki, son dövrlərdə qlobal iqlim dəyişilmələri və ölkədə suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində görülmüş işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj şəbəkələrinin, nasos stansiyalarının və digər infrastrukturların tikilib istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfələr verib.

Qurumun məlumatına görə, müvafiq qurumların, şirkətlərin və fermerlərin iştirakı ilə kənd təsərrüfatı bitkilərinin su təminatının vəziyyəti, yaranan çətinliklər və onların aradan qaldırılması ilə bağlı mütəmadi olaraq müzakirələr aparılır və müvafiq tədbirlər müəyyənləşdirilir:

"Əkinlərin su təminatı məqsədi ilə suvarma qrafikləri hazırlanır və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya edilir. Bu qrafiklər Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında yerləşdirilir. Mütəmadi olaraq sudan qənaətli və səmərəli istifadə, suvarma qrafikləri üzrə növbəliliyə riayət olunması ilə bağlı kənd təsərrüfatı məhsulları istehsalçılarının stabil su təminatına nail olunması, qeyri-məhsuldar su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində maarifləndirilməsi işləri həyata keçirilir".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 23 Noyabr 2024 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri